Suqovuşanda anasını qısqanclıq zəminində bıçaqlayan gəncə hökm oxundu
Kriminal
180
10:18, Bu gün

Suqovuşanda anasını qısqanclıq zəminində bıçaqlayan gəncə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Vüqar Ələkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.
 
Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.
 
Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər