Narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı
Kriminal
131
15:07, Bu gün

Narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Şahin Rüstəmli saxlanılıb.
 
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Moderator.az-a verilən məlumata görə, ondan ümumi çəkisi 2 kiloqram 500 qram heroin və marixuana aşkarlanıb.
 
Ş.Rüstəmli narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər