Kişi keçmiş arvadını ittiham etdi, uşağını geri istədi: “Oğlumun psixologiyası pozulub” – TƏFƏRRÜAT
Kriminal
184
11:25, Bu gün

Kişi keçmiş arvadını ittiham etdi, uşağını geri istədi: “Oğlumun psixologiyası pozulub” – TƏFƏRRÜAT

Tərtər rayonunda keçmiş həyət yoldaşından şikayətçi olan 39 yaşlı kişi barəsində tədbir görülüb.
 
Moderatora.z Teleqraf-a istinadən xəbər verir ki, bu il avqustun 29-da saat 23.00-da Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edən 1986-cı il təvəllüdlü Tərtər rayon sakini Əfqan Səmədov (ad-soyad şərtidir – red.) operatorun ünvanına təhqiredici ifadələr işlədib.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada protokol tərtib olunub.
 
İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, Sura onun əvvəlki həyat yoldaşı olub: “Tərtər Rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsinə əsasən keçmiş arvadımın himayəsində saxlanılan oğlum mənə yaxınlaşaraq “Tik-Tok” şəbəkəsində anasının əxlaqsız videosu olduğunu göstərdi. Bu vəziyyətdən əsəbləşdim və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim. Keçmiş həyat yoldaşımda qalan uşağımın psixologiyasının pozulduğunu və oğlumun geri, mənə qaytarılmasına köməklik olunmasını bildirdim.
 
Bundan sonrakı gün, gecə saatlarında yenidən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək uşağımı tələb etdim. İçkili vəziyyətdə olduğumdan özümdən asılı olmayaraq nalayiq ifadələr işlətdim. Bu səbəbdən polis əməkdaşları məni polis şöbəsinə dəvət etdilər və barəmdə protokol tərtib edildi”.
 
Tərtər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin barəsində 50 manat məbləğində inzibati cərimə təyin edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər