Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu
Kriminal
1313
03 Sep 2025 | 14:44

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Moderator.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb.
 
Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər