İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi
Kriminal
265
13:15, Bu gün

İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
 
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilində yoxlama aparan polis əməkdaşlarından daha bir nəfəri ifadə verdikdən sonra müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb.
 
Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.
 
Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub.
 
Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.
 
Almaz Əskərova ifadəsində bildirib:
 
"Biz səhər-səhər evdəydik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər girdi içəri. Girən kimi İlhaməni başladılar yoxlamağa. Məni çıxartdılar çölə, başladılar evi axtarmağa, mən də pəncərədən görürdüm. Sonra gördüm ki, qızımın əlləri qandallıdır".
 
Növbəti iclas sentyabrın 17-nə təyin olunub
 
Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.
 
İlhamə Elşadqızı aparıcı Azər Zahidin tiktokerlərin iştirakı ilə təşkil etdiyi müsabiqələrdə iştirakçı olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər