ABŞ səfirliyinin işçisi hakim qarşısında - yarım milyon manatlıq ittiham
Kriminal
182
11:27, Bu gün

ABŞ səfirliyinin işçisi hakim qarşısında - yarım milyon manatlıq ittiham

Bakı Ağır Cinayətlər Məhkəməsində ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, hakim Anar Sadıqovun sədrliyilə keçirilən prosesdə müttəhimin anket məlumatları dəqiqləşdirilib.
 
Rafiq Göyüşovun vəkili İlham Əsədov bildirib ki, ABŞ səfirliyi müvəkkilindən şikayətçi deyil. Mövqeləri də belədir ki, bir təqsiri varsa cəzası verilsin.
 
Vəkil vəsatət verərək cinayət işinin ibtidai istintaqa geri qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
 
Musavat.com xəbər verir ki, ittihama görə, Rafiq Göyüşov yarım milyon manatdan çox dələduzluqda ittiham olunur. O, xaricdən gələn səfirlərin və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunur.
 
İttihamda Rafiq Göyüşovun ABŞ səfirliyinin qonaqları tutulan kirayə mənzillərə görə ayrılan vəsaitlərin bir qismini mənimsədiyi göstərilir. Belə əməllərə yol verilməklə yarım milyon manatdan artıq vəsaitin mənimsənildiyi iddia olunur. 20 il ABŞ səfirliyində çalışmış Rafiq Göyüşova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti növündə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi aparılıb. İş üzrə ABŞ səfirliyi işdə zərərçəkmiş tərəf kimi tanınıb. Rafiq Göyüşovun vəkili İlham Əsədov Musavat.com-a məhkəmədən öncə bildirib ki, müvəkkili ittihamlarla razı deyil.
 
Növbəti məhkəmə prosesi sentyabrın 17-nə təyin edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər