Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı
Kriminal
199
10:31, Bu gün

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər