İki nəfəri bıçaqlayan kollec tələbəsi saxlanıldı
Kriminal
807
20 Mar 2025 | 16:37

İki nəfəri bıçaqlayan kollec tələbəsi saxlanıldı

Ötən gün Ağdamın Quzanlı qəsəbəsində 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan şəxs saxlanılıb.
 
Moderator.az xəbər verir ki,  hadisəni törədən Abdullasoylu Həsən Zaur oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
 
H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyinin ikinci kursunda təhsil alır. 
 
Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq zərbələri endirib.
 
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 
Faktla bağlı araşdırma başlanılıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər