İcra nümayəndəsinin qardaşı güllə yarasından öldü - Yenilənib
Kriminal
321
00:51, Bu gün

İcra nümayəndəsinin qardaşı güllə yarasından öldü - Yenilənib

Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.
 
Belə ki,  İqbal  Bağırov  evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub.
 
İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.
 
Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.(Qafqazinfo)
 
***
 
Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.
 
Hadisə rayonun Təzəkənd kəndində olub.
 
Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.
 
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
 
İlkin olaraq olar, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.(Qafqazinfo)
 
Faktla bağlı araşdırmalara başlanılıb.
Link kopyalandı!
Son xəbərlər