Qumbara atılan qadın 3 uşaq anası imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR
Kriminal
2083
16 Feb 2025 | 22:05

Qumbara atılan qadın 3 uşaq anası imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR

Goranboyda qumbara partlayıb.
 
Moderator.az "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. 68 yaşlı Zakir Namazov gəlini, 38 yaşlı Vəfa Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
 
Zakir Namazov Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb. Kişinin həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilində münaqişə bir ilə yaxındır ki, davam edirmiş.
 
3 uşaq anası olan gəlin Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir.
 
Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən qaynata Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
 
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Daha ətraflı aşağıdakı videoda:
 

 

Link kopyalandı!
Son xəbərlər