13 yaşlı qızı rayondan Bakıya qaçıran oğlana 6 il həbs verildi
Kriminal
754
16:47, Bu gün

13 yaşlı qızı rayondan Bakıya qaçıran oğlana 6 il həbs verildi

Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olmuş və onu ötən ilin iyul ayında Bakıya qaçırmış şəxsə hökm oxunub.
 
Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 2004-cü il təvəllüdlü V.Osmanov 6 il azadlıqdan məhrum edilib.
 
O, Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi üzrə təqsirli bilinib.
 
Araşdırmalarla müəyyən edilib ki, 20 yaşlı V.Osmanov restoranda işləyərkən iş yoldaşının azyaşlı qızı ilə münasibət qurub. O, yetkinlik yaşına çatmayan 13 yaşlı qızla evlənəcəyini bildirib və bir neçə dəfə intim münasibətdə olub. Ailələrin evlənməklə bağlı məsələyə müsbət yanaşmamasından sonra gənc oğlan qızı Bakıya qaçırıb. Onlar 3 gün ərzində paytaxtda küçələrdə gecələyiblər.
 
Qızın yaxınları polisə müraciət etdikdən sonra V.Osmanov qızla birgə rayona qayıdıb və barəsində cinayət işi açılıb.
Link kopyalandı!
Son xəbərlər