“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Kriminal
429
18:12, Bu gün

“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!

“Farmaniya.com” dələduzluq piramidasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə aparılan ibtidai istintaq yekunlaşıb.
 
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Sosial şəbəkələrdə populyar olan “Zevs”in (Ruslan Quliyev) qardaşı Hüseynə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə yekun ittiham elan edilib. O bu maddə ilə təqsirli bilinərsə, əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
 
İş üzrə ilk iclas fevralın 17-si keçiriləcək. Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.
 
Qeyd edək ki, 19 yaşlı Hüseyn zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub.
 
Link kopyalandı!
Son xəbərlər