Gənc oğlan sevgilisini maşına mindirdi, yol kənarında isə... – TƏFƏRRÜAT
Kriminal
332
14:17, Bu gün

Gənc oğlan sevgilisini maşına mindirdi, yol kənarında isə... – TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Sahib sevgi münasibətində olduğu Xuramana (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Hadisə 25 oktyabr 2024-cü ildə Qaradağ rayonu, Ümid qəsəbəsində baş verib.
 
Sahib həmin qəsəbədə yolun kənarında mübahisə zamanı “Mersedes” markalı avtomobilinin arxa salonunda Xuramanın başına zərbə vurub.
 
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ittiham üzrə özünü təqsirli bilib. İzahatında göstərib ki, Xuramanla qeyri-rəsmi münasibətləri olub: “Son zamanlar o, münasibətlərə son qoymaq istədiyini bildirirdi.
 
Oktyabrın 25-də saat 10:20-də Ümid qəsəbəsindən maşınımla keçəndə Xuramanı gördüm. Ondan hara getdiyini soruşdum. Sahil qəsəbəsində işi olduğunu bildirdi. Ona birlikdə getməyi təklif etdim, razılaşıb maşına mindi.
 
Bir qədər getdikdən sonra aramızda mübahisə yarandı. Xurman mənimlə əl-qolla danışdı. Əsəbləşib maşını yolun kənarına çəkdim, onu əlimlə döydüm”.
 
İş üzrə zərərçəkmiş qismində izahat verən Xuramanın sözlərinə görə, Sahiblə qeyri-rəsmi münasibətdə olub: “Son zamanlar müəyyən səbəblərdən baş vermiş anlaşılmazlıq nəticəsində ondan ayrılmaq qərarına gəldim. Buna baxmayaraq qısqanclıq üzündən mənimlə mübahisələr yaradırdı.
 
Hadisə günü evdən çıxıb Sahil qəsəbəsinə gedəndə Sahib "Mersedes"ini yanımda saxladı. Məndən hara getməyimi soruşdu, sonra məni aparmağı təklif etdi. Maşının arxa salonuna əyləşdim. Bir qədər getdikdəndən sonra mübahisə elədik. Sahib maşını yolun kənarında saxlayıb avtomobilin salonunda məni döydü”.
 
Bu işə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
 
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilib. /Teleqraf.com/
Link kopyalandı!
Son xəbərlər