Naxçıvanda 40 yaşlı molla həbs edilib. Buna səbəb 16 yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməsi olub.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, evli olan molla Naxçıvanda kəndlərdən (rayon və kənd adı məlumdur) birində mükəbbiri-mollası işləyirmiş. Molla məscidin həyətini təmizləyən 2010-cu il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər edib.
Nənəsi ilə yaşayan həmin qız tez-tez nənəsi ilə birgə məscidin həyətini təmizləyirmiş. Molla ondan məscidin içini təmizləməyi də xahiş edib. Sonra qıza öz mobil nömrəsini verib və onunla danışmağa başlayıb. Sonradan onunla sevgili kimi danışmağa istəyib. 8-ci sinif şagirdi olan qız molla ilə nənəsinin telefonu ilə danışırmış.
Mollaya qarşı Cinayət Məcəlləsinin 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Müəyyən edilib ki, zərərçəkmiş qız nənəsi ilə məscidin həyətini təmizləyirmiş. Buna görə nənəsi günlük 10 manat maaş alırmış. Molla 14 yaşlı qızı məscidi təmizləməyə cəlb etdikdən sonra ona da 10 manat maaş verməyə başlayıb.
Bir müddət molla azyaşlı ilə nənəsinin telefonu ilə danışıb. Sonra nənəsi qıza telefonla danışmaq qadağası qoyub. Molla buna görə qıza telefon və nömrə alıb. Bundan sonra həmin telefon vasitəsi ilə danışmağa başlayıblar. Molla qıza “vatsap” vasitəsi ilə açıq-saçıq şəkillər göndərib. Qızdan da bunu tələb edib. Qız da mollaya eyni məzmunlu fotolar göndərib.
Molla ilə qız arasında cinsi əlaqə olmayıb. Molla qızın ailəsinin evdə olmadığını bildiyi zamanlarda onlara gedərək həyətdə onu qucaqlayıb, öpüb. Hətta azyaşlıya deyib ki, arvadından boşanacaq və onunla evlənəcək.
Əməlindən peşman olan molla 3 uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkmişin danışığından isə məlum olub ki, molla onu bu əməllərə məcbur edib. Azyaşlı bildirib ki, mollaya həmişə “əmi” deyə müraciət edib. Mollanın ona qarşı ehtiraslı münasibətini görəndə isə etiraz edib. Azyaşlı molla ilə qorxduğu üçün öpüşdüyünü deyib. Molladan qorxduğunu deyən azyaşlı bildirib ki, məsələdən ailəsi xəbər tutmasın deyə molla ilə danışmağa davam edib. Azyaşlının telefon işlətməsini isə anası bilib. Onun telefonuna baxn zaman molla ilə danışıqları, yazışmaları aşkar edilib. Həmin ərəfədə molla danışıqları və yazışmaları telefonundan silib.
Azyaşlı və onun ailəsi molladan şikayətçi olub.
Məhkəmənin hökmü ilə molla 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.