Nəzrinin rinoplastikadan sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürüldü
Kriminal
740
17:48, Bu gün

Nəzrinin rinoplastikadan sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürüldü

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurovanın ölümü ilə bağlı şübhəli kimi saxlanılan lor cərraha ittiham irəli sürülüb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Nəzrin Mansurovanın ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
 
Təqdimata Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
 
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
 
Nəzrin Mansurovanı əməliyyat edən cərrah Sənan Mehdiyev başlanan cinayət işi üzrə şübhəli kimi saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər