Daşkəsən rayonunda 2004-cü il təvəllüdlü Emin yetkinlik yaşına çatmayan Xalidə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, Emin əvvəllər tanıdığı və aralarında sevgi münasibətləri yaranmış, o cümlədən qeyri-rəsmi nikah münasibətində yaşadığı Xalidəni gələcəkdə nikah bağlayacaqlarına əmin edib.
23 noyabr 2023-cü ildən 21 may 2024-cü ilə kimi olan dövr ərzində Xalidənin razılığı əsasında Daşkəsən rayonunun kəndində yerləşən evində təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Kənddə danışmağımız mümkün olmadı”
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xalidəni tanıyır, onunla qeyri-rəsmi nikahda ər-arvad olublar.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin noyabrın əvvəllərində at almaq üçün Daşkəsən rayonunun qonşu kəndinə gedib: “Xalidəni
həmin vaxt görüb bəyəndim. Şəxsi işimlə əlaqədar Daşkəsən şəhərində olanda bir daha Xalidəylə rastlaşdıq. Aramızda söhbət olmasa da, onu görməklə bəyəndim. Lakin kənd mühiti olduğundan onunla danışmağım mümkün olmadı”.
“Yaxınlıq etməyimizə imkan vermirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 19 noyabr 2023-cü ildə Xalidənin yaşadığı kənddə olarkən bulağa yollanıb: “Xalidə də bulaqdan su doldururdu. Onun yanına gəldim, dedim ki, səni görüb sevmişəm, səninlə evlənmək istəyirəm. Ondan avtomobilə əyləşməsini istədim. Heç bir narazılıq etmədən avtomobilə əyləşdi. Həmin yerə gəldiyim Vaqif adlı şəxsin “VAZ 2106” markalı avtomobil ilə oradan uzaqlaşdıq. Birlikdə getməyimiz barədə valideynlərimizə heç nə demədik.
Xalidə ilə Göygöl rayonu ərazisində yaşayan qardaşım Müslümün evinə yollandıq. Ora getməkdə məqsədim valideynlərimin bizi tapmaması, sonra ailələrimizin barışması və mənim Xalidə ilə evlənməyimə razılıq verməsi olub. Təxminən 5 gün qardaşımgildə qaldıq. Bu müddət ərzində valideynlərim Xalidənin ata-anası ilə danışıb mənimlə onunla evlənmələyimə razılıq istədilər.
Xalidə ilə qardaşımgildə qaldığım müddətdə aramızda hər hansı cinsi akt olmayıb. Qardaşım arvadı Lalə Xalidənin yanından ayırmır, yaxınlıq etməyimizə imkan vermirdi.
Orada qaldığımızın 5-ci günü Xalidənin atası bizim qeyri-rəsmi evlənməyimzə razılıq verdi. Xalidə ilə birlikdə Daşkəsən rayonunun kəndində yaşadığım evə qayıtdıq”.
“Artıq biz ər-arvadıq” dedim”
Eminin sözlərinə görə, noyabrın 23-də saat 14 radələrində Xalidə ilə Daşkəsən rayonunun kəndində yerləşən yaşadığı evə gəlib: “Atam Rəhim, anam Nəzakət də evdəydi. Onlar evdən çıxaraq başqa yerə getdilər. Xalidə ilə tək qaldıqda saat 15 radələrində ona yaxınlaşıb yanağından və dodağından öpməyə başladım. Bir qədər sonra cinsi ehtirasım oyandı. Ayaq üstə əynində olan paltarını çıxardım. Çarpayıda cinsi əlaqədə olmağa başladıq. Xalidənin bakirəliyi pozuldu. Ona “artıq biz ər-arvadıq” dedim”.
Emin bildirib ki, təxminən 10-15 dəqiqə sonra Xalidə təkrar cinsi əlaqədə olmaq istəyib: “Mən də etiraz etmədim. Bir qədər ehtiraslı hərəkətlər etdik, daha sonra təkrar cinsi əlaqədə olduq”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, ilk vaxtlar Xalidə ilə çox mehriban olublar, zaman keçdikcə münasibətləri dəyişməyə başlayıb: “Eyni zamanda Xalidənin anası Kəmalə, atası Fuad da bizim ailədaxili məsələlərimizə qarışır, münaqişələr yaradırdılar. Xalidə dəfələrlə heç bir səbəb olmadan xəbərsiz evdən çıxır, atası evinə gedirdi”.
“Könüllü cinsi əlaqədə olmuşam”
Emin qeyd edib ki, 22 may 2024-cü ildə saat 19 radələrində heyvanlar örüşdən qayıdarkən quzularının öldüyü məlum olub: “Xalidə ilə mübahisə etdik, heyvanlara yaxşı baxmadığını ona irad tutdum. Lakin mübahisə zamanı mən və ya anam onu vurmamışıq.
Xalidə heç bir səbəb olmadan ağlayaraq mənə “bəsdir, bezdim səndən” dedi. Mayın 23-də səhər saat 13 radələrində örüş otlaq sahəsində olan zaman Xalidənin təkrar evdən getdiyini öyrəndim. Atası da Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək barəmdə şikayət etmişdi.
Mən Xalidə ilə qeyri-rəsmi evli olduğum müddətdə onunla könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşam. Qeyri-təbii yolla cinsi əlaqədə olmamışıq. 18 yaşı tamam olduqda rəsmi nikah bağlayacağımızı ona demişəm. Ona qarşı hər hansı əxlaqsız hərəkətlər etməmişəm”.
“Bəyəndim, onunla evlənmək istədim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, 2023-cü ilin noyabr ayının əvvəllərində Daşkəsən rayonunun kəndində evlərində olan zaman Emin yaşadığı evə girib, at almaq üçün kəndə gəldiyini, at satıb-satmadıqlarını soruşub: “Məhz onda Emin məni, mən də onu gördüm.
Bundan başqa, şəxsi işlərimlə əlaqədar nənəmlə Daşkəsən şəhərində olanda da Emini gördüm. Aramızda danışıq olmasa da, onu bəyəndim. Noyabrın 19-da su doldurmaq üçün kəndin yuxarı hissəsində yerləşən bulağa yollandım. Bulaqda olanda yanımda ağ rəngli markası xatırlamadığım avtomobil dayandı. Ön sərnişin oturacağında Emin, sürücü oturacağında isə əvvəllər tanımadığım bir nəfər orta yaşlı kişi əyləşmişdi.
Emin avtomobildən düşərək yanıma gəldi. Mən utandığım üçün onun üzünə baxmadım. Emin “Xalidə, səni görüb sevmişəm, səninlə evlənmək istəyirəm” deyərək məndən avtomobilə əyləşməyimi istədi. Mən də onu bəyəndiyim üçün razılaşaraq avtomobilə əyləşdim.
Vaqif adlı sürücü avtomobilində oradan uzaqlaşdıq. Eminlə birlikdə getməyim barədə valideynlərimə heç nə deməmişdim. Sadəcə olaraq Emini bəyəndiyim üçün onunla evlənmək istəmişəm”.
“Atamgil razılıq verməsə...”
Xalidə qeyd edib ki, daha sonra Eminlə onun Göygöl rayonu ərazisində yaşayan qardaşı Müslümün evinə yollanıblar: “Təxminən 5 gün həmin evdə qaldıq. Bu müddət ərzində Eminin valideynləri mənim atam-anamla danışıqlar apardı, mənim Emin ilə evlənməyimə razılıq istədilər. Müslümün evində qaldığımız müddətdə aramızda hər hansı cinsi münasibətimiz olmayıb.
Düzdür, Emin mənimlə cinsi əlaqədə olmaq istəyirdi, amma onun qardaşı arvadı Lalə mənim yanından ayırmırdı. Mən də Eminə nə vaxt valideynlərim evlənməyiməzə razılıq verərsə, həmin vaxtı cinsi əlaqəyə girə biləcəyimizi dedim.
Orada qalmağımızın 5-ci günü atam evlənməyimizə razılıq verdi. Eminin Daşkəsən rayonundakı evlərinə gəldik. Eminin ata-anası evdən gedəndən sonra biz ilk dəfə cinsi əlaqədə olduq”.
“Evdən qaçmaq qərarına gəldim”
Xalidənin ifadəsinə görə, ilk vaxtlar Emin onunla çox mehriban olub: “Zaman keçdikcə onun mənə qarşı münasibəti dəyişməyə başladı. Onun anası da bizim ailədaxili məsələlərimizə qarışırdı.
Mayın 22-də axşam Emin örüşdən qayıdan heyvanları tövləyə yığanda bir quzunun öldüyünü bildi. Mənimlə mübahisəyə başladı, heyvanlara yaxşı nəzarət etmədiyimi dedi. Anası da mübahisəyə qarışdı, oğlunun hər şeyi düz dediyini söylədi. Mən isə quzunun ölümündə günahımın olmadığını söylədim.
Emin anası ilə evə getdi, mən bir qədər çöldə dayandım. Bu zaman evdən qaçmaq qərarına gəldim. Gec olduğu üçün səhərin açılmasını gözlədim. Ertəsi gün saat 12 radələrində gizlincə evdən çıxıb bibimgilə yollandım. Bibim məndən gəlməyimin səbəbini soruşdu. Ona evdən qaçaraq onlara gəldiyimi dedim.
Bundan sonra telefonla zəng edərək atama məlumat verdim. Atam yanıma gəldi ona Emin və anasının mənimlə mübahisə etdiyini söylədim. Atamı da Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək bu barədə məlumat verdi”.
Bu cinayət işinə Daşkəsən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. On a 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.