Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Sabunçu rayonunda sevgilisini qətlə yetirməkdə ittiham olunan 48 yaşlı Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ruhiyyə Tahirovanın 12 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi çıxışında qadını bağışlamadığını deyib. Təqsirləndirilən şəxsin vəkili isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses yanvarın 21-də davam edəcək.
Qeyd edək ki, ötən il mayın 30-da səhər saat 9 radələrində Sabunçu qəsəbəsindəki evlərin brində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Qətlə yetirilən Samir İsrafilovla hadisəni törədən Ruhiyyə Tahirova sevgili olub. Onlar uzun müddət qeyri-rəsmi nikah münasibətlərində yaşayıblar. Qadın sevgilisini yatdığı yerdə öldürüb.
Məlum olub ki, Ruhiyyə Samirdən rəsmi nikaha daxil olmasını tələb edib. Samir onun tələbini yerinə yetirmədikdə qətl hadisəsi baş verib. /Teleqraf.com/