Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü ilin fevral ayında Qusar rayonunun kəndlərindən birində öz həmkəndlisinə cinsi təcavüz etmiş 1989-cu il təvəllüdlü Zamiq Novruzov (ad-soyadlar şərtidir -red.) məhkəmə qarşısına çıxarılıb.
Moderator.az Publika.az-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Zamiqin iş yoldaşı olan Muxtar adlı həmkəndlisinə zorakılıq etməsi bildirilib.
Qeyd edilib ki, Muxtar ailəli və 3 uşaq atası olsa da kənddə tək yaşayıb. Onun ailəsi başqa yerdə kirayədə qalıb. Əvvəllər də cinayət törətdiyinə görə məhkum edilmiş Zamiq Muxtar ilə bir yerdə işləyib və aralarında dostluq münasibəti yaranıb.
Hadisə baş verən gün isə Zamiq Muxtarın tək yaşadığı evə gedib və birgə 0,5 litr araq içiblər. Daha sonra fiziki cəhətdən daha güclü olan Zamiq Muxtarı amansızlıqla döyməyə başlayıb və əl-qolunu, ağzını skoçlayaraq ona təcavüz edib.
Bundan sonra Muxtar hadisə barədə polisə məlumat verib.
Məhkəmədə Zamiq ona böhtan atıldığını deyib. Muxtar isə artıq Zamiqi bağışladığını bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Zamiqi Cinayət Məcəlləsinin 150-ci, yəni seksual xarakterli zorakılıq əməlləri maddəsi üzrə təqsirli bilib. O, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.