Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərərvurmada təqsirləndirilən Zamiq Səfərli (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Z.Səfərlinin 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
İttihama görə, 2008-ci il təvəllüdlü Zamiq Səfərli 23 may 2023-cü il tarixdə, saat 16 radələrində metronun "20 Yanvar" stansiyasına doğru piyada keçidi ilə hərəkətdə olarkən qarşıdan gələn əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı zərərçəkmişlər - Sərdar Bəkirovla Qulam Rzayevin (hər ikisinin ad, soyadları şərti) onun bacısı və qonşusuna sataşdıqlarını görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb irad bildirib. Zərərçəkmişlər isə Zamiqə azyaşlı olmasını və məhz bu səbəbdən onlara irad bildirməyə ixtiyarının olmamasını deyiblər. Sonra təqsirləndirilən şəxs Sərdarla Qulamın sifət nahiyələrindən qəsdən bir dəfə yumruq zərbəsi endirərək onlara xəsarət yetirib.
Hadisədən sonra Zamiq Səfərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.