Zorlandığını sübut etmək üçün
Kriminal
582
13:29, Bu gün

Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ

Sevgilisinə ağır xəsarət yetirməkdə təqsirləndirilən Həcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
 
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edən edib.
 
Məlum olub ki, təqsirləndirilən şəxs Həcər Hüseynova Sabunçu rayonu ərazisində, Olimpiya Stadionunun ətrafında avtomobildə Azər Ağayevin bədəninə yandıran maddə, "kislota" töküb. Nəticədə Azərin bədəninin 30-35 faizini yanıb. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib.
 
Təqsirləndirilən şəxs Həcər Hüseynova baş vermiş cinayətdə özünü qismən təqsirli bilib.
 
Sonra Həcər Hüseynova təqsirləndirilən şəxs qismində ifadə verib: "Mənim əvvəlki ərim Mehdi Hüseynov ilə mübahisəm olub. O zaman aramızda boşanma olmamışdı. Mən həyat yoldaşımla Beyləqanda yaşayırdım. O evə daim içkili gəlirdi, söz-söhbət olurdu. Azər də onun xalası nəvəsi idi. Onunla birgə içirdi. Həmçinin qayınanam Səadət Hüseynova ailəmdə problemlər yaradırdı. Sonuncu dəfə Azər Ağayev mənə dedi ki, ərin Mehdi sənə xəyanət edir. Hətta mənə telefon da verdi. Onunla arada danışırdıq. Bir müddət sonra yoldaşım Mehdi Azərlə əlaqəmin olduğunu bildirdi. Azər evimizə gəlib mənə zor tətbiq eləmişdi, mənimlə cinsi əlaqədə olmuşdu. Ancaq ailə üzvlərim məni vurdular. Bundan sonra ailəm dağıldı, boşandım. Atamdan icazə alıb gəlib Zirədə istixanada işə düzəldim. Ancaq Mehdi ilə Azərin aralarında söz-söhbət davam edirdi. Mehdi deyirdi Azər sənin barəndə nalayiq ifadələr işlədir. Sonra Mehdi mənə dedi ki, Azərlə sevgili olmadığını mənə sübut elə. Mən də çantama kislota qoydum gəldim. Köhnə iş yerimdən götürmüşdüm. Azər zəng vurdu görüşdük, maşının qapısını açıb oturdum, kislotanı tökdüm üzünə, ayağına. Qorxutmaq mənasında elədim, öldürmək niyyətim yox idi. Özüm "102"yə zəng vurub məlumat verdim. Mən "Xəzər TV"yə Lalə Azərtaşın verilişinə 2022-ci ilin yanvarında Mehdinin qohumları vasitəsilə çıxmışam. Məqsədim isə ailəmi qaytarmaq idi. Peşmanam əməlimdən, Azərdən üzr istəyirəm".
 
İfadələr arasında ziddiyyətlər olduğundan Həcər Hüseynovanın ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Həcər Hüseynova ara-sıra Azərlə danışıb. Hətta Azər Həcərgilin evinə gəlib hamamda onunla cinsi əlaqədə olub. Lakin sübut eləyə bilməyib: "Buna görə "Xəzər TV"də Lalə Azərtaşın verilişinə çıxdım və bu barədə orada da danşıdım. 2023-cu ilin yanvar ayından həyat yoldaşımdan boşandım. Bundan sonra Azərdən intiqam almaq üçün bu hərəkəti etdim, ömürlük ona damğa vurmaq istəyirdim".
 
Məhkəmənin növbəti gedişində zərərçəkmiş şəxs Azər Ağayev ifadə verib: "Mehdi ilə Həcər məhkəmədə boşanmışdı. Mehdi Həcərə aliment kəsdirmişdi. Telefonda Həcərdən alimenti tələb edirdi. O bunu verə bilmirdi. Həcər mənə zəng edirdi ki, gəl görüşək, alimenti verməyə mənə kömək elə. Görüşdük oturduq maşında. Cibindən qab çıxarıb mənə su içməyi təklif elədi. Mən istəməyəndə həmin mayeni üzümə, ayağıma tökdü. Sən demə bu maye kislota imiş. Qardaşımı çağırdım ki, məni xəstəxanaya çatdırsın. Həcər Hüseynova ilə barışmamışam. Hazırlıq iclasında dedim ki, Həcər həbs olunsun. Ancaq eləmədilər, faktiki qaydaları pozur. Sonra başladı mənimlə oyun oynamağa. Bu efirdən çıxandan sonra mənə zəng elədi ki, mənə yiyə durursan? Mehdi bunu Vadar edib ki, get Azərin üstünə kislota tök. Mənim Həcərlə heç bir sevgi münasibətim olmayıb. Mehdi bunun başına güllə dirəyib məcbur edib ki, de ki Azərlə cinsi əlaqədə olmusan. Sonra Mehdi Şuşada avtomobil qəzasında rəhmətə getdi".
 
Məhkəmə prosesi yanvar ayının 31-nə kimi təxirə salınıb.
 
Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az/
 
Link kopyalandı!
Son xəbərlər