Vəzifəli şəxsin fermasını talayan mühafizəçiyə cəza verildi
Kriminal
614
09 Jan 2025 | 16:16

Vəzifəli şəxsin fermasını talayan mühafizəçiyə cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Anar Kərimlinin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə A.Kərimli 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Anar Kərimli 2021-ci ilin sentyabrından 2022-ci il martın 2-dək olan müddət ərzində zərərçəkmiş Mahir Əsədova (şərti) məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyib. O, çalışdığı müddət zamanı ümumilikdə 73 100 manat dəyərində oğurluq edib, o cümlədən 3 300 manat dəyərində 22 baş qoyunu, 2 200 manat dəyərində olan bir baş inək və inəyin 6 aylıq balasını, 60 000 manat dəyərində olan 15 000 ədəd forel balığını, 7 500 manat dəyərində olan 5 ədəd havalandırıcı mühərriki və 4 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki gizli olaraq talayıb.
 
Qeyd edək ki, zərərçəkmiş Mahir Əsədov şirkətlərin birində direktor müavini vəzifəsində çalışıb.
 
Link kopyalandı!
Son xəbərlər