Cərrah xanımını öldürən Türkiyə vətəndaşına hökm OXUNDU
Kriminal
714
09 Jan 2025 | 13:46

Cərrah xanımını öldürən Türkiyə vətəndaşına hökm OXUNDU

Plastik cərrah Türkan Gündüzü öldürməkdə təqsirləndirilən əri Muhammet Gündüzün məhkəməsi başa çatıb.
 
Moderator.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 
Türkiyə vətəndaşı Muhammet Gündüz xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.
 
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
 
Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib. M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O, bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər