Prokuror Afiyəddin Məmmədova cəza istədi
Kriminal
1356
07 Jan 2025 | 13:15

Prokuror Afiyəddin Məmmədova cəza istədi

İctimai fəal Afiyəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
 
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
 
Növbəti proses yanvarın 14-də davam edəcək.
 
Qeyd edək ki, Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
 
Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib.
 
Qeyd edək ki, Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər