Silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı
2020
11 Dec 2024 | 14:44

Silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı

Silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “VAZ-2102” və “Khazar” markalı iki avtomobildən dövlət qeydiyyat nişanlarını, 3 avtomobildən isə pul, sənəd, bank kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı X.Əkbərov saxlanılıb.
 
Onun daha 2 mağazadan, bir evdən və bir nəfərdən oğurluq etməsi də müəyyən edilib.
 
Araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər