Ərinin telefonundakı videoları yaydı - Cinayət işi açıldı
Kriminal
2271
03 Dec 2024 | 14:55

Ərinin telefonundakı videoları yaydı - Cinayət işi açıldı

Şirvan şəhərində qonşusunun intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.
 
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Səkinə Zülümova (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 156 və 242-ci (Şəxsi həyatın toxunulmazlığını pozma və pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə iş açılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, S.Zülümova bu ilin iyununda həyat yoldaşının telefonunda üç ədəd pornoqrafik xarakterli video tapıb. Videoda əks olunan qadın isə onların qonşusu olub. O, ərindən xəbərsiz videoları öz telefonuna göndərib.
 
Ərinin qonşu qadınla münasibətini öyrənən S.Zülümova bu barədə onun ərinə məlumat verib, videoları həmin şəxsə göstərib. Həmçinin hadisə barədə qonşu qadınlara danışıb və onlara da qonşuluqda yaşayan D.Quliyevanın pornoqrafik görüntülərini göstərib.
 
Məsələ ictimailəşəndən sonra D.Quliyeva polisə şikayət edib və cinayət işi açılıb. O, videoları ərinə göndərmək istəyərkən səhvən qonşu kişiyə yolladığını deyib.
 
S.Zülümovanın əri isə ifadəsində videolara baxandan sonra sildiyini, arvadının həmin görüntüləri telefonun zibil qutusundan aşkar edərək icazəsiz götürdüyünü deyib.
 
D.Quliyeva görüntülərini yayan qonşu qadından şikayətçi olmadığını bildirib.
 
S.Zülümova, həmçinin qeyd edib ki, əri ilə başqa qadının münasibətini öyrəndikdən sonra boşanmaq qərarına gəlib və övladlarına təkbaşına baxıb.
 
Şirvan Şəhər Məhkəməsinin 28 noyabr tarixli hökmü ilə S.Zülümovaya 1 il 6 ay islah işləri cəzası verilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər