Faizə pul verdi, sonra şəkilləri ilə şantaj edib 35 min aldı - İki qadın arasında qalmaqallı məhkəmə prosesi
Kriminal
410
17:48, Bu gün

Faizə pul verdi, sonra şəkilləri ilə şantaj edib 35 min aldı - İki qadın arasında qalmaqallı məhkəmə prosesi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə  təqsirləndirilən şəxs  Əhmədova Sona Cəfər qızının məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
 
"Unikal"ın məlumatına görə, ilkin olaraq dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. İttiham aktına görə,  Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onun yarıcılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi  ayrı-ayrı vaxtlarda Tavat Zahid qızı Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib. 
 
Təqsirləndirilən şəxs Sona Əhmədova baş vermiş cinayətdə özünü təqsirli bilməyib. 
 
İlk olaraq Tavat Bayramova şahid qismində ifadə verib: "Sona xanım Bərdə də aptekdə iş yoldaşım, Xavər isə kollecdə tələbə yoldaşım olub. Xavər mənə zəng elədi dedi ki, mənim problemlərimə görə sələmə pul lazımdır. Sona ilə Xavər öz aralarında razılaşdılar, Sona başqa aptekdəki tanıdığı Aygün adlı qadından 3 min manatı götürüb bank kartı vasitəsilə Xavərə göndərdi. Ayın tamamında Xavər faizi ilə birgə pulu mənim kartıma göndərdi, həmin pulu da faiz verən Aygünün həyat yoldaşı gəlib götürdü. Xavər dəfələrlə Sonadan faizə pul götürüb. Sona heç vaxt Xavəri şantaj eləməyib, göndərdiyi pulları öz razılığı ilə göndərib. Bu işə bir dəfə Bərdə RPŞ-də baxılıb. Məni Sona xanımın üzünə durmağa məcbur ediblər. Xavər Babayeva şantaj olunubsa niyə Sonaya hədiyyə göndərib".
 
Məhkəmə prosesi 10 yanvar tarixinə kimi təxirə salınıb.
 
Link kopyalandı!
Son xəbərlər