Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı
Kriminal
184
12:33, Bu gün

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar.
 
Moderator.az xəbər verir ki, həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.
 
Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib.
 
Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
 
E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər