Kriminal
197
12:12, Bu gün

"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Əliyev Vüqar Əjdər oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, ilkin olaraq dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib. Məlum olub ki, hadisə şəxsi münasibətlər zəmində baş verib və Vüqar Rasim Əhmədovu vintaçanla  vurub öldürüb. Həmçinin məlum olub ki, Vüqar Əliyev əvvəllər narkotik vasitələrin istifadəsi maddəsi ilə məhkum olunub.
 
Məhkəmənin növbəti gedişində hakim Vüqar Əliyevin təqsirli olub-olmamasını soruşub. Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü tam təqsirli bilib. İfadə verərək bildirib ki, hadisə törədən zaman hər ikisi içkili olub: "Mən işdən evə gedirdim, mebel sexində işləyirdim. Sabunçu vağzalının yanındakı marketdən çörək alıb çıxdım, Rasimin yanındakı oğlan mənə salam verdi. Mən də salamı aldım. Rasim mənə dedi ki, niyə mənimlə belə kinli danışırsan? Dedim niyə kinli danışıram, sadəcə salamı bir az gec aldım.  
 
Mənimlə söyüşlə danışdı. Mən neçə dəfə xəbərdarlıq etdim ki, mənimlə söyüşlə danışma. Gördüm yenə təhqir edir ondan sonra üstümdə olan selofandan vintaçanı çıxarıb Rasimi vurdum".
 
Sonra zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov Vüqarın gecə saat 12-də orda nə iş gördüyünü soruşdu. 
 
Təqsirləndirilən şəxs mebel sexinin o zaman işləmədiyini dedi: "Ancaq mən sifarişlə evdə mebel yığırdım. Ev yiyəsi mənə qonaqlıq verdi".
 
Sonra hüquqi varis Etibar Əhmədov ifadə verərək bildirib ki, ona oğlunun vurulmasını evdə olan zaman xəbər ediblər: "Oğlum Rasim əvvəllər dava-dalaş maddəsi ilə məhkum olunub, 9 il həbsdə olub, həbsdən təzə çıxmışdı. Mənə dedilər Rasimi xəstəxanaya aparıblar, kimsə vurub. Bu Vüqar onu niyə öldürüb mən hələ də bilmirəm. Vüqara ən ağır cəza verilsin, barışmamışam, şikayətçiyəm".
 
Dünyasını dəyişən Rasim Əhmədovun anası Vüqarın gözlərinin çıxarılmasını hakimdən tələb etdi. 
 
Məhkəmə prosesi dekabr ayının 10-na kimi təxirə salınıb. 
 
Xatırladaq ki, iyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib.
 
İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər