Şəmkirdə 29 yaşlı oğlan öldürüldü
Kriminal
1777
09 Nov 2024 | 10:15

Şəmkirdə 29 yaşlı oğlan öldürüldü

Ötən gecə Şəmkir şəhərində qətl törədilib.
 
Moderator.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Anar Süleymanov və 1991-ci il təvəllüdlü Xudat Məmmədov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
 
Bıçaq xəsarəti almış şəxslərdən A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
 
İlkin araşdırmalar zamanı hadisə vaxtı hər iki şəxsin münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirməsi məlum olub.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər