Bizi sosial şəbəkələrdən izləyin:
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi əməliyyat keçirib.
Bu barədə Moderator.az-a Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.