Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini OĞURLADI
Kriminal
1462
02 Nov 2024 | 17:45

Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini OĞURLADI

Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini oğurlayıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, noyabrın 1-də gecə saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisində taksi sürücüsünün sərnişinə məxsus içərisində 684 manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsini oğurlaması barədə polisə məlumat daxil olub.
 
Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər