Gənc oğlan boşadığı arvadını başqa kişilərlə gəzməkdə ittiham etdi: Oteldə... – ŞOK
Kriminal
Oxunub: 1399
30 Oct 2024 | 14:06
Gənc oğlan boşadığı arvadını başqa kişilərlə gəzməkdə ittiham etdi: Oteldə... – ŞOK
Bakının Səbail rayonunda 1993-cü il təvəllüdlü Şahin qeyri-rəsmi münasibətdə yaşadığı Kəmaləni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Şahin əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Kəmalənin ondan ayrılmaqla, başqa kişilərlə görüşdüyünü zənn edib. Bunu özü üçün qəbuledilməz hal sayıb və onu öldürmək qərarına gəlib.
 
Şahin niyyətini həyata keçirtmək məqsədilə yaşadığı Bərdə rayonunun kəndində yerləşən evdə 2024-cü ilin istintaqa dəqiq məlum olmayan tarixində mərhum babası Musadan qalmış ov tüfəngini çantasında gizlədib.
 
Daha sonra yaşadığı kənddən Bakı şəhərinə gəlib. O, niyyətini həyata keçirmək üçün Kəmaləyə birgə münasibətlərindən olan qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb və görüşə dəvət edib.
 
Şahin 2024-cü ilin yanvar ayında saat 23 radələrində Səbail rayonunda yerləşən “Sahil” otelinin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında orta dərəcəli alkoqol sərxoşluğu halında Kəmalə ilə görüşüb. Kəmaləni öldürmək niyyəti ilə əvvəlcədən həmin otaqda gizlətdiyi odlu silahdan onun döş qəfəsi nahiyəsinə atəş açıb.
 
Kəmalənin atəşdən yayınma cəhdinə görə güllə onun sağ əl və sağ əlin barmaqlarından dəyib. Ağır xəsarət alan qadına tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.
 
“Ara-sıra görüşmüşük”
 
İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2010-cu ildə Kəmalə ilə qeyri-rəsmi ailə həyatı qurub: “2016-cı il tarixədək Kəmalə ilə ər-arvad münasibətlərində qalaraq onunla birlikdə yaşamışam.
 
Həmin ilin sonlarında Kəmalə ilə münasibətlərimiz alınmadığından ondan ayrıldım. Lakin Kəmalə ilə birgə nikahından anadan olmuş 2011-ci il təvəllüdlü qızım Leylaya görə ara-sıra Kəmalə ilə görüşərək münasibət yaratmışam”.
 
“Mənimlə görüşmək istəmədi”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə Zülfiyyə ilə tanış olaraq onunla qeyri-rəsmi nikaha daxil olaraq ər-arvad münasibəti qurub: “Zülfiyyə ilə birgə nikahdan iki övladımız oldu. Keçmiş arvadım Kəmalə ilə ayrılmağımıza baxmayaraq münasibətlərimiz son zamanlara kimi davam edirdi.
 
Mən məhkəmə iclasında deyə bilmədiyim səbəbdən 2024-cü ilin yanvar aylarında Bərdə rayonunun kəndində mərhum babam Musadan yadigar qalan sənədsiz təklülə ov tüfəngini evdən götürdüm və lüləsini laqonda ilə kəsərək balacalaşdırdıqdan sonra əl çantama yerləşdirdim.
 
Saat 15:00-da yaşadığım Bərdə rayonundan Bakı şəhərinə gedən taksi ilə Bakı şəhərinə yola düşdüm. Yolboyu spritli içki qəbul etdim. Yolda istifadəmdə olan mobil telefon nömrəsindən keçmiş həyat yoldaşım Kəmaləyə zəng edərək onunla görüşmək istədiyimi bildirdim. Lakin Kəmalə görüşmək istəmədiyini bildirdi”.
 
“Planım öldürmək idi”
 
Şahinin ifadəsinə görə, saat 19:00-da Səbail rayonunda yerləşən “Sahil” otelə gəlib və 609 nömrəli otağı 35 manat pul ödəməklə kirayələyib: “Dəniz ətrafında bir az gəzdikdən sonra yenidən “Sahil” otelə qayıtdım, orada gecələdim. Növbəti gün saat 20:000-da Kəmaləyə zəng etdim. Bu dəfə ona birgə nikahdan olan övladıma baxması üçün 1000 manat pul verəcəyimi vəd etdim və aldadaraq onu otelə çağırdım.
 
Kəmalə təkliflə razılaşaraq 1-2 saat ərzində dediyim ünvanda ola biləcəyini bildirdi. Otağa bir balıq və yarım litr spritli içki sifariş etdim, Kəmalənin gəlməsini gözlədim.
 
Kəmaləni öldürmək məqsədi ilə Bərdə rayonundan gətirdiyim ov silahını əl çantamdan götürərək yataq dəstinin alt hissəsində gizlətdim. Planımın onu öldürmək idi”.
 
“Dedim, ürəyindən atəş açıb, səni öldürəcəyəm”
 
Şahin qeyd edib ki, saat 23 radələrindəKəmalə oteldə kirayələdiyi 609 nömrəli otağa daxil olub: “Otağa daxil olduqdan sonra Kəmalə işi olduğunu və vəd etdiyim pulu alıb gedəcəyini bildirdi. Bir müddət söhbət etdikdən sonra ona qəti olaraq bildirdim ki, Bakı şəhərində yüngül həyat tərzi keçirməsinə son qoysun, əks təqdirdə ona yaxşı olmayacaq. Ağzımdan söz çıxmamış Kəmalə boşandığını və istədiyi tərzdə yaşayacağını söylədi.
 
Onun mənə verdiyi cavabdan bərk qəzəbləndim. Ondan hamam otağına keçməyi xahiş etdim, çantamda ona göstərmək istəmədiyim əşya və vəd etdiyim pul olduğunu dedim. Kəmalə mənə inanaraq hamam otağına girdi.
 
Kəmalənin kürəyi mənə tərəf olanda planladığım kimi onu öldürmək məqsədi ilə əvvəlcədən gizlətdiyim lüləsi kəsilmiş ov tüfəngini götürərək hazır vəziyyətə gətirdim. Sonra hamama daxil olaraq ona səsləndim və dedim ki, ürəyindən atəş açıb, səni öldürəcəyəm. Kəmalə üzünü mənə tərəf çevirdikdə ucadan qışqırmağa başladı.
 
Bu vaxtı lüləsi kəsilmiş ov tüfəngi ilə onun ürək nahiyəsinə tuşlayıb nişan aldım. Atəş açmaq istəyəndə Kəmalə əli ilə tüfəngin lüləsini kənara itələdiyindən güllə açıldı. Güllə onun ürək nahiyəsindən yox, sağ qolundan dəydi. Kəmalə yerə yıxıldı. Atəş açmamışdan qabaq Kəmalə ilə mənim aramda məsafə təxminən 0,5 metr olardı.
 
Kəmalənin ölmədiyini görüb tüfənglə ona zərbə yetirərək öldürmək məqsədi ilə ona yaxınlaşdın. Atəş səsinə və Kəmalənin qışqırığına otel işçiləri otağa daxil oldular və onu öldürməyimə mane oldular. Otelin əməkdaşları Kəmaləni oteldən çıxartdılar”.
 
“Fahişəliyə cəlb etmə ilə məşğul olmamışam”
 
Şahin bildirib ki, Kəmalə tərəfindən istintaqa təqdim edilmiş səsyazıları ona məxsusdur: “Kəmalə ilə telefon danışıqlarımızda onun anasına məxsus olan və mənim baxdığım qoyun-quzunu oğurlayaraq satdığımı bildirməyim yalan məlumatdır. Mən Kəmaləyə həmin qoyun-quzunu satmadığımı, istədikləri vaxt gəlib həmin qoyun-quzunu məndən təhvil ala biləcəklərini demişəm.
 
Kəmalənin anası qoyun-quzusunu saymaq üçün bir neçə dəfə Bərdə rayonuna gəlib və sayda hər hansı əskiklik aşkar etməyib.
 
Mən Kəmaləyə guya Bərdə rayonunda fahişəliyə cəlbetmə ilə məşğul olduğumu yalandan demişəm. Əsl həqiqətdə hər hansı bir vaxt və hər hansı bir yerdə fahişəliyə cəlbetmə ilə məşğul olmamışam. Guya Bərdə rayonunda qumarxana təşkil etdiyimi də yalandan demişəm”.
 
“Münsibətlərimiz yarandı”
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, 2010-cu ildə Şahinlə qeyri-rəsmi ailə həyatı qurub, həmin evlilikdən bir qız övladları anadan olub:
 
“Şahinlə 2016-ci ildə ayrılmışıq. Son 10 ildə Şahinlə əlaqələrim olmayıb. Axır 6 ay ərzində anam Şahinlə qoyun-quzu bəsləmək üçün onunla birlikdə işləyib.
 
Şahinin Bərdə rayonunda qoyun-quzu ferması var. Anamla olan şifahi razılaşmaya əsasən mənə ödəməli olduğu 8000-9000 manat məbləğində alinment borcu əvəzinə anama məxsus 59 baş qoyun-quzuya Bərdə rayonunda fermasında baxmağı öhdəsinə götürdü. Şahinlə yenidən münasibətlərimiz onda yarandı”.
 
“Polisə şikayət edəcəyimi bildirdim”
 
Kəmalə qeyd edib ki, təxminən 2023-cü ilin dekbarın əvvələrində hadisədən qabaq Şahinlə qonşuluqda yaşayan Tahir adlı şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib:
 
“Anama məxsus qoyun-quzunun Şahin tərəfindən satıldığını bildirdi. Mən məsələni anama danışdıqdan sonra 2023-cü ilin dekabr aylarında anam Bərdə rayonuna getdi. Amma qoyun-quzuda hər hansı əskiklik aşkar etmədi.
 
Lakin mən Şahinlə məsələni aydınlaşdırmaqdan ötrü “whatsapp” mobil tətbiqində videogörüntülü şəkildə telefonla danışdım.
 
Qoyun-quzu məsələsi ilə əlaqədar mütəmadi olaraq onunla telefonda söyüşlü mübahisələr etdim. Mübahisələrin birində Şahin anama məxsus qoyun-quzuların satıldığı barədə yalan məlumat verdiyinə görə məni cəzlandıracağını bildirdi. O, qoyun-quzu puluna ehtiyacı olmadığını, özünün Bərdə rayonunda fahişəliyə cəlbetmə ilə məşğul olduğunu dedi.
 
Şahinə onun səsini yazdığımı, əgər anama məxsus qoyun-quzuda əskiklik olacağı təqdirdə onun barəsində polisə şikayət edəcəyimi bildirdim”.
 
“Cərimə olundum”
 
Kəmalənin ifadəsinə görə, 2024-cü ilin yanvar ayının əvvələrində anası ilə Bərdə rayonuna gediblər: “Şahinlə görüşdük. Anama məxsus qoyun-quzuların sayında hər hansı əskiklik aşkar etmədik. Gecəni Yevlax rayonunda yerləşən “Şirvangöl” otelində Şahin və qızımla birlikdə qaldıq, səhər yeməyini oteldə yedik.
 
Bakı şəhərinə qayıdanda yolüstü Şahini Bərdə rayonunda yaşadığı ünvanda düşürtdüm. Avtomobillə yol hərəkəti qaydalarını pozduğuma görə 170 manat məbləğində cərimə edildim. Şahin cərimənin ona görə yazıldığı səbəbindən cərimə pulunu ödəyəcəyini bildirdi”.
 
“Gecə xalamın evinə gedərək orada gecələdim”
 
Kəmalə qeyd edib ki, 13 yanvar 2024-cü ildə Şahin dostundan avtomobil almaq məqsədi ilə Bakı şəhərinə gəlib: “Şahin mobil telefon nömrəmə zəng edərək Bakı şəhərinə gəldiyini və yaşadığım mənzildə gecələmək istədiyini, həmçinin yol hərəkəti qaydalarını pozduğuma görə 170 manat cərimə pulunu ödəyə biləcəyini söylədi.
 
Təkliflə razılaşaraq ona yaşadığım ünvanda qala biləcəyini dedim. Saat 20:00-da Şahin mənim ailə üzvlərimlə yaşadığım mənzilə gəldi.
 
Burada sıxlıq olduğu üçün mən xalamın evinə gedərək orada gecələdim. Növbəti gün səhər saat 13 radələrində Şahin evimizi tərk etdi”.
 
“Pul vermədiyini gördüm”
 
Kəmalənin sözlərinə görə, daha sonra Şahin yanvarın 16-d saat 20:00-da ona zəng edib: “Telefon danışığımızda 170 manatı mənə nağd şəkildə verəcəyini bildirdi və məni “Sahil” otelə çağırdı. Şahinin təklifi ilə razılaşdım, 1-2 saat ərzində dediyi ünvanda ola biləcəyimi bildirdim. Gecə saat 23 radələrində otelə gəldim.
 
Oteldə onun sərxoş vəziyyətdə olduğunu və stolun üzərində spirtli içki, qida məhsulları düzüldüyünü gördüm. Söhbət edən zamanı o, Bərdə rayonunda qumarxana təşkil etdiyini, qumarxanaya polislər tərəfindən basqın edildiyini, bu səbəbdən Bərdə rayonundan Bakı şəhərinə gəldiyini bildirdi.
 
İçkili vəziyyətdə olduğundan Şahinə tələsdiyimi, vəd etdiyi pulu verməyi xahiş etdim. Bu vaxt Şahinin telefonuna zəng gəldi. Telefonda danışan şəxsə onun “mənim arxamca gələcəksən” dediyini eşitdim.
 
Danışıq bitdikdə onun mənə pul vermədiyini gördüm. Mübahisə etməyə başladıq”.
 
“Güllə sağ qolumdan dəydi”
 
Kəmalə qeyd edib ki, tanımadığı otel işçilərindən biri iki dəfə otağa gələrək səs-küyə görə onlara irad bildirib:
 
“Şahin mənə hamama keçməyimi təklif etdi. Çantada mənə göstərmək istəmədiyi əşya və mənə verəcəyi pul olduğunu bildirdi. Şahinin dediyini edib hamama daxil oldum.
 
Şahin arxamca səslənərək məni çağırdı. Geriyə döndükdə Şahin ov tüfənginin lüləsini sinə nahiyəmə tutaraq dedi: “Səni ürəyindən vuraraq öldürəcəyimi demişdim, axı...” Bərkdən qışqıramağa başladım, ov tüfənginin lüləsini əlimlə kənara itələdim. Silahdan atəş açıldı. Güllə sağ qolumdan dəydi, hamamda döşəmənin üstünə yerə yıxıldım.
 
Şahin əlində olan ov tüfəngi ilə üzərimə gələn zaman otelin işçiləri içəri girib məni öldürməyinə mane oldular. Səhv xatırlamıramsa, tanımadığım şəxslərdən biri Şahinin belində olan bıçağı götürərək onu kənara tulladı.
 
Otelin işçiləri mənə ilkin tibbi yardım göstərdilər. Anama zəng edərək baş vermiş hadisəni danışdım. Təxminən 10 dəqiqə sonra anam, bacım və xalam birlikdə otelə gəldilər. Məni anamın idarə etdiyi avtomobilə əyləşdirdilər və təcili tibbi yardıma apardılar”.
 
Zərərçəkmiş bildirib ki, Şahinin onu öldürmək niyyətinin əsasının qısqanclıq zəminində baş verməsi tamamilə yalandır:
 
“Biz 10 ilə yaxındır bir yerdə yaşamırıq. Həmçinin bu günədək övladıma bir manat da aliment pulu ödəməyib. Ov tüfəngi ilə sağ qolumdan atəş açdıqdan sonra törətmiş olduğu əməldən peşmançılıq hissi keçirməyib. Mənə hər hansı bir formada köməklik göstərməyib”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
Oxşar xəbərlər
16:05, Bu gün
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
15:58, Bu gün
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
15:54, Bu gün
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
15:49, Bu gün
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
15:46, Bu gün
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
15:42, Bu gün
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
15:38, Bu gün
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
15:35, Bu gün
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
15:30, Bu gün
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
15:28, Bu gün
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
15:25, Bu gün
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
15:20, Bu gün
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
15:16, Bu gün
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
15:13, Bu gün
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
15:09, Bu gün
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
15:06, Bu gün
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
15:03, Bu gün
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
14:58, Bu gün
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
14:54, Bu gün
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
14:51, Bu gün
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
14:48, Bu gün
Konqo Prezidenti Azərbaycana gələcək
14:45, Bu gün
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
14:40, Bu gün
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
14:34, Bu gün
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
14:28, Bu gün
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
14:22, Bu gün
Canlı efirdə Zaurun şalvarı söküldü - VİDEO
14:17, Bu gün
Bakı metrosunun yeni nəsil qatarlarının hansı özəllikləri var? - FOTOLAR
14:12, Bu gün
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - YENİLƏNİB + FOTO
14:08, Bu gün
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
14:04, Bu gün
Bu bürcləri çətin sınaqlar gözləyir - Unutmayın ki...
14:00, Bu gün
Ağadadaş Ağayevin vergi borcundan danışan həmkarı: "O boyda şadlıq sarayı, pulu var, ödəyər" - VİDEO
13:55, Bu gün
COP29-da iaşə xidmətlərinin təşkili qaydası AÇIQLANDI
13:50, Bu gün
Təhsil ekspertindən çağırış: “Uşaqlar üçün uyğun olmayan dərs yükləri psixoloji təzyiq, stress yaradır”
13:48, Bu gün
Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB + FOTO
13:45, Bu gün
ABŞ prezidenti seçkilərinə 5 gün qalıb: kim irəlidədir? - İctimai rəy sorğusunun nəticələri
13:42, Bu gün
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
13:39, Bu gün
"Oğlum 3 yaşına kimi görüb, onu düzgün müalicə etmədilər" - VİDEO
13:36, Bu gün
Yaşadığı villada körpəsini və arvadını ÖLDÜRDÜ: Cinayətdən əvvəlki FOTOsu diqqət çəkdi
13:30, Bu gün
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
13:24, Bu gün
"Halloween" Bakıda necə qeyd olunur? - "Ölülər" və "cadugərlər"in toplaşdığı bayramın sirri... - VİDEO
13:18, Bu gün
Noyabrın ilk gününə olan HAVA PROQNOZU
13:12, Bu gün
BDU komandası Beynəlxalq universitetlərarası startap yarışmasında iştirak edir - FOTO
13:06, Bu gün
Məşhur hospitaldakı saxtakarlıqla bağlı CİNAYƏT İŞİ BAŞLANDI
13:01, Bu gün
Mərkəzi Bankdan kritik qərar - Bu mərkəzlər bağlanır
12:56, Bu gün
Səudiyyə Ərəbistanında 4400 illik qədim şəhər aşkar edildi - FOTO
12:50, Bu gün
Bu qüvvələr bölgəyə gətirilir: Toqquşmalar olarsa... – Ermənistanla sərhəddə nə baş verir? - Müsahibə
12:45, Bu gün
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub
12:40, Bu gün
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi
12:35, Bu gün
Axtarışda olan 5 şəxs Azərbaycana ekstradisiya edildi
12:30, Bu gün
Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı: Son detallar müzakirə edildi
12:26, Bu gün
Bu şəxslərə sınaq imtahanları pulsuz olacaq
12:21, Bu gün
COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
12:16, Bu gün
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
12:13, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq - FOTO
12:09, Bu gün
Leyla Əliyeva Altıağacda - FOTO
12:05, Bu gün
Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO
12:00, Bu gün
BDU nümayəndələri Qazax Milli Aqrar Tədqiqat Universitetində - FOTO
11:56, Bu gün
Sevgililər arasında mübahisə olmursa, deməli, təhlükə var - Sən demə...
11:45, Bu gün
Afət Fərmanqızı 64 600 AZN-lik sırğalarını nümayiş etdirdi
11:37, Bu gün
Bakı metrosunda qaz daşıdılar - ANBAAN GÖRÜNTÜ
11:34, Bu gün
"Temu” “Trendyol”u əvəz edə bilərmi?
11:28, Bu gün
Gömrükdə 10, bazarda 50 MANAT - İdxal məhsullarında qiymət uçurumu nədən yaranır?
11:25, Bu gün
"Qarabağ qazisi olduğum üçün, işi erməni əsilli müstəntiqin aparmasını təşkil etmişdi"
11:19, Bu gün
Bələdiyyə sədri HƏBS EDİLDİ
11:11, Bu gün
Ermənistanla Türkiyə arasında hansı konkret razılaşmalar var?..-Erməni nazir açıqladı...
11:11, Bu gün
“Leyli və Məcnun” operası ABŞ-da səhnələşdiriləcək - Təklif amerikalılardan gəlib - ÖZƏL
11:09, Bu gün
Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölən var
10:57, Bu gün
Sumqayıtda dəmir yolu stansiyasında yeniləmə aparılır - FOTO
10:57, Bu gün
“Bu halda Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər...”
10:49, Bu gün
Dəniz balıqları qeybə çəkilib, göl balıqları meydan sulayır - QİYMƏTLƏR
10:36, Bu gün
Makron bu il Ermənistana gələcəkmi? - Səfir CAVAB VERDİ
10:25, Bu gün
Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş
10:23, Bu gün
Yataqxanadakı evləri özəlləşdirənlər.... - Vəkildən AÇIQLAMA
10:17, Bu gün
Həkimlərin maaşı hansı mexanizmlə artırılacaq - RƏY
09:58, Bu gün
Azərbaycanda valideynlərin uşaq tərbiyəsi zamanı ETDİYİ SƏHVLƏR
09:49, Bu gün
"Kənandan boşandın?" şərhinə belə reaksiya verdi: Boşanıb səni... - VİDEO
09:40, Bu gün
Ukrayna bu tarixdə öz raketi ilə Rusiyanı vuracaq
09:30, Bu gün
İqtisadiyyat.az 6 yaşını qeyd edir
09:24, Bu gün
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
09:18, Bu gün
Diabeti sıfırlayan 21 dəqiqəlik qayda: Bunu hər gün etmək orqanları yeniləyir
09:11, Bu gün
İran seçkilərə qədər bu ölkəyə zərbə endirəcək
09:07, Bu gün
Azərbaycanda unun qiyməti müəyyənləşdi - Bu tarixdən etibarən....
08:56, Bu gün
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..
08:49, Bu gün
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
08:37, Bu gün
DİQQƏT! Əlinizdə bu xətt varsa...
08:30, Bu gün
Ruh və sənət fatehi
08:28, Bu gün
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
08:19, Bu gün
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
08:10, Bu gün
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
07:59, Bu gün
Rayon xəstəxanalarında yaranan icbari tibbi sığorta problemi ilə bağlı RƏSMİ AÇIQLAMA
07:50, Bu gün
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
07:49, Bu gün
İsrail ordusu Livanın şərqindəki əraziləri atəşə tutub
07:41, Bu gün
Kosmosda bir ilk: Göndərilən robot tozsoran işə salındı
07:04, Bu gün
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
30 Oct 2024 | 23:50
"Haydı, uşaqlar, cəsarətli olun, belə də davam edin!.." - Alla Puqaçova
30 Oct 2024 | 23:05
Ən uyumlu bürclər...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 22:52
İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 22:49
Kadırov Ukrayna SQ-nin Baş Qərargahının binasına endirilən zərbənin səbəbini açıqladı
GÜNLÜK
30 Oct 2024 | 21:23
Ukrayna qadınları noyabr ayından hərbi xidmətə çağırılacaqmı?..
30 Oct 2024 | 19:33
“Otaqlar qəzalı vəziyyətdədir...”- Axtaçı kənd ümumi orta məktəbinin bitməyən PROBLEMLƏRİ-ÖZƏL
30 Oct 2024 | 17:00
"Biz əvvəlcə cinsi əlaqədə olduq, sonra isə..." - Balaxanıdakı qətlin şok təfərrüatı - FOTO/VİDEO
30 Oct 2024 | 16:42
DİN-də yeni imkanlar: Zabit heyətinə QƏBUL MÜSABİQƏSİ BAŞLADI
30 Oct 2024 | 16:48
Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN OLUB - VİDEO
30 Oct 2024 | 18:40
Ramiz Mehdiyev: "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun"
30 Oct 2024 | 17:12
"Ukrayna izi, yoxsa Qafqaz qisası?.."
30 Oct 2024 | 17:35
Azərbaycanda unun son qiymətləri - FOTO
30 Oct 2024 | 16:20
Mürsəl Rüstəmov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
AYLIQ
30 Oct 2024 | 21:23
Ukrayna qadınları noyabr ayından hərbi xidmətə çağırılacaqmı?..
30 Oct 2024 | 19:33
“Otaqlar qəzalı vəziyyətdədir...”- Axtaçı kənd ümumi orta məktəbinin bitməyən PROBLEMLƏRİ-ÖZƏL
30 Oct 2024 | 17:00
"Biz əvvəlcə cinsi əlaqədə olduq, sonra isə..." - Balaxanıdakı qətlin şok təfərrüatı - FOTO/VİDEO
30 Oct 2024 | 16:42
DİN-də yeni imkanlar: Zabit heyətinə QƏBUL MÜSABİQƏSİ BAŞLADI
30 Oct 2024 | 16:48
Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN OLUB - VİDEO
30 Oct 2024 | 18:40
Ramiz Mehdiyev: "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun"
30 Oct 2024 | 17:12
"Ukrayna izi, yoxsa Qafqaz qisası?.."
30 Oct 2024 | 17:35
Azərbaycanda unun son qiymətləri - FOTO
30 Oct 2024 | 16:20
Mürsəl Rüstəmov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...