Su polisindən uğurlu narkotik əməliyyatı - ANBAAN VİDEO
1385
23 Sep 2024 | 11:38

Su polisindən uğurlu narkotik əməliyyatı - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, İdarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədilə narkotikləri əldə edən Bakı sakini, 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıb.
 
Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb.
 
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər