“Bunun kimilərə edam cəzası verilməlidir” – ŞOK TƏLƏB
Kriminal
Oxunub: 611
16:50, Bu gün
“Bunun kimilərə edam cəzası verilməlidir” – ŞOK TƏLƏB
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
 
Prosesdə Dövlət Vergi Xidməti və Əmək Müfəttişliyinə məhkəmə tərəfindən göndərilən sorğulara cavablar açıqlanıb. Əmək Müfəttişliyinin məktubunda göstərilib ki, təqsirləndirilən şəxslərdən Nuridə Seyidova ilə bağlı əmək müqaviləsi və digər məlumatlar sistemdə yoxdur. Nuridə Seyidova isə özü haqqında sistemdə məlumat olmamasını xarici ölkənin vətəndaşı olması ilə izah edib. Digər təqsirləndirilən şəxslər – Aysel Məmmədova və Aynur Bayramovanın əmək müqavilələri haqqında isə məhkəməyə məlumat verilib. Dövlət Vergi Xidmətinin cavab məktubunda isə yazılıb ki, “My Doc Tour” və “Urmedhelp” MMC-lərdə faktiki kassa aparatları quraşdırılmayıb: “Yalandan vətəndaşları aldadıb, onlara qəbzlər vermisiniz. Sizin rəhbərlik etdiyiniz MMC-lərin heç kassa aparatı da olmayıb. Bununla bağlı Dövlət Vergi Xidməti məhkəməyə 72 vərəq hesabat göndərib. Hesabatlarda 5-6 manat pul yazmısınız, amma yüzminlərlə vəsait olub”.
 
Hakim daha sonra zərərçəkmişlərdən Tural Nəsmiyevin məhkəməyə göndərdiyi mülki iddianı elan edib. Zərərçəkmiş mülki iddia ərizəsində göstərib ki, 42 min 800 manat maddi, 8 min mənəvi ziyana görə, 264 manat isə mülki iddia üçün ödədiyi dövlət rüsumunu tələb edir. Onun hər 3 təqsirləndirilən şəxsdən ümumi tələbi 51 min 40 manatdır. Zərərçəkmiş mülki iddiasında yazıb ki, bu məbləği 3 təqsirləndirilən şəxsdən müştərək qaydada tələb edir. Aynur Bayramovanın vəkili Elnur Quliyev mülki iddianın onun müvəkkilinə aid edilməsinə etirazını bildirib. Vəkil qeyd edib ki, Aynur Bayramovaya zərərçəkmiş Tural Nəsmiyevin övladıyla bağlı ittiham verilməyib: “Ona görə də bu hissədə mülki iddia geri qaytarılmalıdır”. Aysel Məmmədova da mülki iddiaya etiraz edib. O bildirib ki, zərərçəkmiş Tural Nəsmiyev istintaqda ona qarşı şikayət və tələbinin olmaması barədə ərizə verib: “Dayım ona 10 min ödəniş etmişdi, o da şikayət və tələbi olmaması barədə ərizə vermişdi”. Zərərçəkmiş isə deyib ki, o, istintaqdakı ərizəsində şikayətçi olmadığını yox, 10 min manat aldığını, qalan məbləği də tələb etdiyini yazıb. Müzakirələrdən sonra mülki iddianın icraata götürülməsinə qərar verilib. Digər zərərçəkmiş Aysel Abdullayeva isə bu işin daha dərindən araşdırılmasını, təqsiri olan başqa şəxslərin də dairəsinin müəyyənləşdirilməsini istəyib. O bildirib ki, təqsirləndirilən şəxslərə qanunsuz olaraq, Talassemiya Mərkəzinə giriş və oradan məlumatlar, sənədlər əldə etmək imkanı yaradılıb: “Talassemiya Mərkəzi qapalı müəssisədir. Aynur Bayramova oradan xəstələrin qan nümunələrini, onların sənədlərini necə götürüb? Bunlar araşdırılmayıb. Bu adamların havadarları var. Onları tapıb cəzalandırmaq lazımdır”.
 
Daha sonra Nuridə Seyidova prokurorun, vəkillərin suallarını cavablandırıb. O, suallara cavaba başlayarkən məhkəmənin nəzərinə çatdırıb ki, bugünlərdə anası dünyasını dəyişib, lakin övlad olaraq, onun dəfnində, yas mərasimində iştirak edə bilməyib. Nuridə Seyidova onu da qeyd edib ki, toplanan vəsaitlər hesabına beş nəfər talassemiyalı uşağın tam müalicəsi həyata keçirilib. O, bir neçə ad sadalasa da, hakim ondan bunu təsdiqləyən sübutlar, ətraflı məlumatlar istəyib. Bu yerdə zərərçəkmişlərdən biri Natiq Qubadov onun dediklərinə etiraz edib: “Bu, dələduzdur, deyir ki, anam rəhmətə gedib. Allah rəhmət eləsin. Amma onun anası müəyyən yaşa dolmuşdu, amma zərərçəkənlərin övladları uşaqdır. Bu yaxınlarda 12 yaşında bir uşaq rəhmətə getdi. Zərərçəkmişlərdən Elman Nuriyev məhkəməyə gəlmir, çünki uşağın vəziyyəti çox ağırdır. Talassemiya xəstəliyi bilirsiniz nədir? Mütəmadi qan vurulmalıdır. Bəzən elə olur ki, artıq bədən başqasının qanını qəbul eləmir. Bizim pulumuz hesabına yaşayıblar. Bunların havadarları kimlərdir? Onlara arxayındılar. Bu iş üzrə istintaq da düzgün aparılmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Əhəd müəllim işi düzgün araşdırmayıb. Mən özüm keçmiş polis işçisiyəm, 23 yaşından müxtəlif dövlət qurumlarında xidmət etmişəm. 4 ildir uşağıma görə yata bilmirəm. Kömək üçün ağız açmaq da ağırdır. Dost-tanış, qohumlar toplaşdılar, pul yığdılar. Bunun kimilərə edam cəzası verilməlidir. Talassemiya xəstələri üçün donor tapmaq çox çətindir. Elmanın övladına donor tapılıb, övladının yaşaması üçün şans yaranıb. Amma pulu yoxdur ki, gedib əməliyyat elətdirsin”.
 
Hakim bildirib ki, təqsirləndirilən şəxslərin dindirməsi başa çatandan sonra zərərçəkmişlərə də ətraflı ifadə vermək üçün şərait yaradılacaq: “Biz Cinayət-Prosessual Məcəlləsi əsasında məhkəmə prosesi aparırıq. Təqsirləndirilən şəxslərin dindirməsi başa çatandan sonra siz də ətraflı ifadə verəcəksiniz”.
 
Nuridə Seyidova zərərçəkmişlərdən alınmış vəsaitlərin və pulların kimlər arasında bölünməsi barədə danışarkən Natiq Qubadov yenidən əsəbiləşib: “Mənim xəstə balamın pulunu yemisən. Sən yaşamalı deyilsən. Sən buradan çıxsan belə, səni yaşatmayacam. Hətta tutulmağım bahasına olsa belə...”
 
Bundan sonra Nuridə Seyidova yenə də vəkillərin suallarını cavablandırıb. O bildirib ki, xəstələrin yaxınlarından alınmış vəsaitlər 4 nəfər arasında bölünüb. Onların üçü hazırda məhkəmə qarşısında dayanan şəxslərdir: “Mən, Aynur Bayramova, Aysel Məmmədova və Turan xanım...”
 
Aysel Məmmədova isə xəstə yaxınlarının aldadılıb, onların pullarının ələ keçirilməsi ilə bağlı ünvanına səslənən ittihamı qəbul eləməyib. O deyib ki, şəxsən onun xəstə yaxınlarından aldığı vəsaitlər depozitə qoyulub, əməliyyat baş tutandan sonra ona çatan hissəni götürürüb. O, əlavə edib ki, Nuridə Seyidova yalan danışır: “Mən biləndə ki, bu, xəstələri aldadıb, özüm votsap qrupunda zərərçəkmişlərə dedim ki, gedib şikayət eləsinlər”.
 
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
 
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
 
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
 
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
 
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
 
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttihama görə Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
 
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
 
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.
 
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Məhkəmə prosesi sentyabrın 11-nə qədər təxirə salınıb. /Musavat.com/
 
Oxşar xəbərlər
23:42, Bu gün
Yeni Qalada gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
23:40, Bu gün
Azərbaycanlı gənc ABŞ-nin nüfuzlu universitetinə qəbul olub
23:10, Bu gün
Naxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq olub
23:04, Bu gün
Putin Əsədi ticarət və iqtisadi əlaqələri müzakirə etməyə dəvət etdi
22:58, Bu gün
Hansı meyvələri soyuducuda saxlamaq olmaz?
22:50, Bu gün
Günel Cavadxan VƏFAT ETDİ
22:46, Bu gün
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"
22:38, Bu gün
İqlim aktivistləri bu hava limanını işğal etdi — 50 reys ləğv edildi
22:30, Bu gün
Türkiyə terrorla mübarizəyə qarşı region ölkələrinə çağırış edib
22:23, Bu gün
Günə limonlu su ilə başlamaq niyə xeyirlidir?
22:15, Bu gün
Sabiq deputatı QƏTLƏ YETİRƏN - 18 YAŞI VAR
22:08, Bu gün
Qəzzada ölənlərin sayı 39 mini keçdi
22:00, Bu gün
Medianın İnkişafı Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib — FOTOLAR
21:52, Bu gün
Minbir dərdə dərman olan yemişan sirkəsini BELƏ HAZIRLAYIN
21:44, Bu gün
Ermənistan müstəqilliyini belə itirir: güc nazirləri ABŞ-ın nəzarətində
21:36, Bu gün
Əhalinin NƏZƏRİNƏ! Sabah saat 10:00-dan…
21:28, Bu gün
40 il əvvəl istehsal olunan "Coca-Cola"nı içdi
21:20, Bu gün
Sirkəli su ilə duş almağın üstünlükləri
21:14, Bu gün
Boyat çörəklərinizi israf etmədən ləzzətli yeməklər hazırlaya bilərsiniz
21:08, Bu gün
Bu da Emin Ağalarovun “Sea-Breeze”dəki evi - VİDEO
21:00, Bu gün
Bu ölkədə 63 min "Instagram" hesabı SİLİNDİ
20:55, Bu gün
Aparıcılar Zaur Kamalla Kazım Sübhan arasında gərgin anlar
20:50, Bu gün
Ağadadaş Ağayev mühafizəçini buna görə baltalamaq istəyib – ŞOK SƏBƏB
20:43, Bu gün
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
20:40, Bu gün
"Mənə dəstək verən amerikalılar xaos, qorxu və nifrəti deyil, azadlığı seçir" - Kamala Harris
20:36, Bu gün
Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
20:30, Bu gün
Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub
20:23, Bu gün
"Apple" tarixindəki ən nazik "iPhone" yalnız bir kameraya sahib olacaq
20:20, Bu gün
“Ermənistana verilən heç bir dəstək mövcud status-kvonu dəyişə bilməz”
20:15, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
20:10, Bu gün
Metro istifadəçilərinin NƏZƏRİNƏ! Bu tarixdən…
20:02, Bu gün
Ruslar Bakıda tarixi serial çəkəcək - FOTO
19:55, Bu gün
Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur
19:47, Bu gün
Bürclər kimisə sevdiklərini necə göstərir? Davranışlarına diqqət yetirin
19:42, Bu gün
Taksi sürücülərini qaçırıb işgəncə verdilər
19:35, Bu gün
Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb
19:30, Bu gün
Prezidentin tələblərinə də məhəl qoymayan Zakir Fərəcov və Gündüz Əliyev cəzalandırılacaqmı?...
19:28, Bu gün
Abşeronda DƏHŞƏT: kişi özünü çilçıraqdan asdı
19:21, Bu gün
Bu üsulla pizza çatdıran kuryer sosial medianı silkələdi - VİDEO
19:14, Bu gün
Həkim yeni doğulan körpəni oğurladı
19:10, Bu gün
Təyyarənin qalxması və enməsi zamanı bunlar QƏTİ QADAĞANDIR
19:05, Bu gün
“Bu dövlətlər Ermənistanı Azərbaycana qarşı hazırlayır...”
19:03, Bu gün
Unibank məhkəmə qarşısında
18:58, Bu gün
Ağadadaş Ağayevin döyüldüyü “MedEra”nın sahibi BU MƏŞHURUN QUDASIDIR – VİDEO
18:50, Bu gün
Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO
18:50, Bu gün
“Son söz seçicinindir...- Hər şey onun iradəsindən asılıdır...”
18:45, Bu gün
Yayın dadlı trendi - Dondurmaları necə seçək?
18:40, Bu gün
Yıldız tamaşaçıların gözü önündə paltarını yırtdı
18:34, Bu gün
Dadsız qarpızdan dadlı limonad necə hazırlamaq olar?
18:30, Bu gün
9 mərtəbəli binanın damından yıxılan 10 yaşlı qız möcüzəvi şəkildə sağ qaldı
18:24, Bu gün
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
18:16, Bu gün
Vaşinqtonda ABŞ bayrağını yandırdılar
18:10, Bu gün
Kitab oxumağın uğurlu insan olmağımızda rolu
18:06, Bu gün
DGK "McDonalds"ı nədə ittiham edir?
18:00, Bu gün
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
17:55, Bu gün
Kamran Əliyev ŞƏT ölkələrinin baş prokurorlarını COP29-a dəvət edib - FOTO
17:51, Bu gün
8 Noyabr prospektinin bir hissəsi bağlanır
17:47, Bu gün
İşğaldan azad edilmiş ərazilərə səfər edən şəxslər üçün yaddaş kitabçası hazırlandı - FOTO
17:42, Bu gün
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Ermənistan və onun havadarları..."
17:38, Bu gün
"MTV Azərbaycan"da YENİ TƏYİNAT
17:33, Bu gün
Bakının mərkəzi küçələrindən biri üç gün bağlı olacaq - SƏBƏB
17:27, Bu gün
“Gərək yerə yıxardı, qolunu tutardı…” — Manaf Ağayevdən Ağadadaşın döyülməsinə REAKSİYA
17:22, Bu gün
Pəncərəni yumruqlaması ölümünə səbəb oldu
17:18, Bu gün
Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI
17:16, Bu gün
"Rusiya təcavüzünə birbaşa cavab" - Polşa hərbi əməliyyata başlayır
17:10, Bu gün
Naxçıvanbank bu SƏBƏBDƏN BAĞLANDI - DETALLAR
17:05, Bu gün
UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb -
17:00, Bu gün
Azərbaycan millisi paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq
16:55, Bu gün
Hərbi liseylərə qəbul imtahanının NƏTİCƏLƏRİ
16:50, Bu gün
“Bunun kimilərə edam cəzası verilməlidir” – ŞOK TƏLƏB
16:46, Bu gün
“Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb” - Cavid Qurbanov
16:41, Bu gün
“Medera”nın sahibi klinikasından imtina etdi
16:36, Bu gün
Xalq artisti geyimi ilə GÖZ OXŞADI - VİDEO
16:30, Bu gün
MSK Polad Bülbüloğlunun namizədliyini təsdiqlədi
16:25, Bu gün
Ermənilər Tovuzda havaya PUA qaldırdılar - RƏSMİ
16:20, Bu gün
Polkovnik rektor təyin edildi
16:15, Bu gün
““Prime mobile” şirkəti qaçaq yolla gətirdikləri telefonu vergilər və gömrükdən qeydiyyatdan keçirmədən mənə satıb” - İDDİA-ŞİKAYƏT
16:09, Bu gün
Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər...” - ÖZƏL
16:04, Bu gün
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
15:58, Bu gün
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib - FOTO
15:52, Bu gün
BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
15:47, Bu gün
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqləndi
15:42, Bu gün
Ceyhun Bayramov gənc diplomatlar ilə görüşdü
15:37, Bu gün
Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər - tutulan var
15:32, Bu gün
Mehriban Xanlarovaya AĞIR İTKİ üz verdi
15:27, Bu gün
"Çin özünü "qlobal sülhməramlı" kimi göstərir, lakin kimə dəstək verdiyi barədə seçim edib" - "The Wall Street Journal"
15:21, Bu gün
Yaxın Şərq və ərəb “NATO”su arzuları – qəbul olunmayacaq duaya “amin” deyilməz - TƏHLİL + FOTO
15:15, Bu gün
Dilarə Əliyevadan qızı ilə bağlı paylaşım - FOTO
15:10, Bu gün
Polad Bülbüloğlu namizədliyini verdi - YAP-dan rəqibi...
15:04, Bu gün
Kanalda batan yeniyetmənin axtarışları davam edir
14:59, Bu gün
Canluici Buffon İtaliya millisinin idman direktoru təyin olundu
14:53, Bu gün
"Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər" - Sahil Babayev
14:47, Bu gün
“Vitse-spiker olacağım barədə indidən nəsə demək doğru deyil” – FAZİL MUSTAFA
14:41, Bu gün
Prezident fərman imzaladı
14:36, Bu gün
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
14:30, Bu gün
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
14:26, Bu gün
Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü - FOTO
14:20, Bu gün
Amerikalı səyyah: "Biz regionun tarixi haqqında çox şey öyrəndik"
14:14, Bu gün
Fermerlərin ucuz məhsullarını əhaliyə baha satan DƏLLALLAR - Ekspert DETALLARI AÇIQLADI
14:08, Bu gün
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
GÜNLÜK
00:05, Bu gün
"Putin Qərbi heç nəyə qadir olmayan impotent hesab edir və ondan çəkinmir" - Kasparov
06:32, Bu gün
40 minə yaxın ölü...-Köçkünlər xəstəxanın pilləkənlərində yatırlar...-VİDEO
16:41, Bu gün
“Medera”nın sahibi klinikasından imtina etdi
18:58, Bu gün
Ağadadaş Ağayevin döyüldüyü “MedEra”nın sahibi BU MƏŞHURUN QUDASIDIR – VİDEO
09:30, Bu gün
Mask cinsiyyətini dəyişən oğlu haqda – “Öldü”
09:50, Bu gün
Mütəxəssisdən hər gün duş qəbul edənlərə TÖVSİYƏ
12:27, Bu gün
Kəndlərə hücum nəticəsində 20-dən çox adam ölüb: uşaqlar pala ilə öldürülüb, qızlar zorlanıb
13:29, Bu gün
Avqustun 1-dən QAYDALAR DƏYİŞİR
11:23, Bu gün
“Zəngəzur boşaldılıb Rusiya “FSB”-sinin nəzarətinə verilməlidir ki, tranzit işləsin...”
10:00, Bu gün
"Dizə qədər olan suda da təhlükə var" - Hansı ərazilərdə çimmək olmaz?
HƏFTƏLİK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
23 Jul 2024 | 23:00
Xalq artistinin qulağını necə zədələdiyi bilindi - İçkili halda...
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
21 Jul 2024 | 17:46
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
23 Jul 2024 | 14:46
Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləri yayıldı – ŞOK VİDEO
AYLIQ
00:05, Bu gün
"Putin Qərbi heç nəyə qadir olmayan impotent hesab edir və ondan çəkinmir" - Kasparov
06:32, Bu gün
40 minə yaxın ölü...-Köçkünlər xəstəxanın pilləkənlərində yatırlar...-VİDEO
16:41, Bu gün
“Medera”nın sahibi klinikasından imtina etdi
18:58, Bu gün
Ağadadaş Ağayevin döyüldüyü “MedEra”nın sahibi BU MƏŞHURUN QUDASIDIR – VİDEO
09:30, Bu gün
Mask cinsiyyətini dəyişən oğlu haqda – “Öldü”
09:50, Bu gün
Mütəxəssisdən hər gün duş qəbul edənlərə TÖVSİYƏ
12:27, Bu gün
Kəndlərə hücum nəticəsində 20-dən çox adam ölüb: uşaqlar pala ilə öldürülüb, qızlar zorlanıb
13:29, Bu gün
Avqustun 1-dən QAYDALAR DƏYİŞİR
11:23, Bu gün
“Zəngəzur boşaldılıb Rusiya “FSB”-sinin nəzarətinə verilməlidir ki, tranzit işləsin...”
10:00, Bu gün
"Dizə qədər olan suda da təhlükə var" - Hansı ərazilərdə çimmək olmaz?