"Deyirdi ki, dünyəvi dövlətə etiraz et..." - "Kərimə" işində şok detallar
Kriminal
Oxunub: 559
11:41, Bu gün
Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri - Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar İsayev ifadə verib.
 
O bildirib ki, xarici ölkədə gizlənən Rufulla Axundzadə ilə onu heç kim tanış etməyib: “Məni sosial şəbəkədə bir qrupa üzv əlavə etdilər. Qurupun adını dəqiq xatırlamıram. Mən orada işsiz olduğumu, mənə köməklik edilməsini, iş olanda xəbər olunmasını yazdım. Daha sonra Rufulla mənə yazdı və mənimlə əlaqə saxladı. O, çox aqressiv danışırdı, hökumət əleyhinə sözlər deyirdi. “Dövlət əleyhinə aksiya”da iştirak etdiyini, məni də öz tərəfinə çəkmək istədiyini gördüm. Ona etiraz etdim, dedim ki, bu işlərə qarışmıram”.
 
Anar İsayev Rufulla Axundzadənin ondan nə istəməsini belə izah edib: “Mənə deyirdi ki, burada dünyəvi dövlətə etiraz et. Mən də dedim ki, heç vaxt dövlətimə qarşı çıxmaram”.
 
Anar İsayev daha sonra ifadəsində Arif Cümşüdovun onunla tanış olmasından danışıb: “Arif özü mənə yazdı. Mənimlə dindar insan kimi danışdı. Səhv etmirəmsə, 2-3 dəfə danışığımız oldu. Mən ona maddi vəziyyətimin yaxşı olmadığını demişəm. Ondan iş olsa mənə xəbər göndərməsini, maddi köməklik etməsini istəmişəm. Amma o, mənə maddi kömək etməyib”.
 
Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib: “Maddi vəziyyətim yaxşı olmayıb. Ən azı mənə pul köməklik etməsini istədim. Rufullada mənə 200 manat verməyə razı oldu. Dedi ki, mənim Hövsanda adamlarım var. Amma onların kim olduğunu bilməmişəm. Pulu mənə Arif Cümşüdov çatdırdı. Rufulla Axundzadə konkrek məndən nə istədiyini bilməmişəm”.
 
Çarpaz dindirmə zamanı Arif Cümşüdovun Anar İsayevə pul çatdırması barədə səslənən ittihamı qəbul etməyib: “Anar İsayev mənə yazdı. Maddi vəziyyətinin ağır olduğunu söylədi. Mən də ona cavab yazdım ki, mənim də imkanım, gəlirim yoxdur”.
 
Anar İsayev işsiz olması ilə bağlı Dövlət Məşğulluq Agentliyinə və ya sosial yardım almaq üçün müvafiq quruma müraciət edib-etməməsi ilə bağlı suallara belə cavab verib: “İşsiz olmağımla bağlı məşğulluğa müraciət etmişəm. Mənə 350 manatlıq iş təklif ediblər. Həmin pulun da bir ay sonra veriləcəyini deyiblər. Sosial yardım almaq üçün isə bəzi şəxslərlə danışmışam. Amma həmin iş də alınmayıb”.
 
Daha sonra ifadə verən təqsirləndirilən Sənan Məmmədov bildirib ki, rayon ərazisində molla kimi yas məclisləri aparıb: “Amma mənim dini təhsilim yoxdur. Molla kimi məclislərdə iştirakım üçün hansısa qurumda qeydiyyatdan keçməmişəm. Lakin məclislərdə iştirak etməyimə axund etiraz etməyib”.
 
Sənan Məmmədov “Kərimə dövləti”nin “himni”nin sosial şəbəkələrdə yayılmasını təsdiqləyib. O bildirib ki, həmin “himni” kimin yazdığını bilmir.
 
Sənan Məmmədovun sözlərinə görə, “Kərimə dövləti”nin “himni”ndən xəbəri olmayıb, sosial şəbəkələrdə yayılıb, onu da təq ediblər.
 
“O zaman xəbərin olmayıbsa, həmin təqi niyə silməmisiz” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Mənim sosial şəbəkələrdə anlayışım elə də yoxdur. Həmin təqləri silməyi bacarmamışam”.
 
Növbəti proses sentyabrın 10-da keçiriləcək.
 
Qeyd edək ki, Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
 
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb.
 
Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
 
Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
 
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
 
Dəstə üzvləri, eyni zamanda onlara məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
 
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayev məsuliyyətə cəlb olunublar. /Teleqraf.com/
 
 
 
Oxşar xəbərlər
18:50, Bu gün
Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO
18:50, Bu gün
“Son söz seçicinindir...- Hər şey onun iradəsindən asılıdır...”
18:45, Bu gün
Yayın dadlı trendi - Dondurmaları necə seçək?
18:40, Bu gün
Yıldız tamaşaçıların gözü önündə paltarını yırtdı
18:34, Bu gün
Dadsız qarpızdan dadlı limonad necə hazırlamaq olar?
18:30, Bu gün
9 mərtəbəli binanın damından yıxılan 10 yaşlı qız möcüzəvi şəkildə sağ qaldı
18:24, Bu gün
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
18:16, Bu gün
Vaşinqtonda ABŞ bayrağını yandırdılar
18:10, Bu gün
Kitab oxumağın uğurlu insan olmağımızda rolu
18:06, Bu gün
DGK "McDonalds"ı nədə ittiham edir?
18:00, Bu gün
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
17:55, Bu gün
Kamran Əliyev ŞƏT ölkələrinin baş prokurorlarını COP29-a dəvət edib - FOTO
17:51, Bu gün
8 Noyabr prospektinin bir hissəsi bağlanır
17:47, Bu gün
İşğaldan azad edilmiş ərazilərə səfər edən şəxslər üçün yaddaş kitabçası hazırlandı - FOTO
17:42, Bu gün
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Ermənistan və onun havadarları..."
17:38, Bu gün
"MTV Azərbaycan"da YENİ TƏYİNAT
17:33, Bu gün
Bakının mərkəzi küçələrindən biri üç gün bağlı olacaq - SƏBƏB
17:27, Bu gün
“Gərək yerə yıxardı, qolunu tutardı…” — Manaf Ağayevdən Ağadadaşın döyülməsinə REAKSİYA
17:22, Bu gün
Pəncərəni yumruqlaması ölümünə səbəb oldu
17:18, Bu gün
Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI
17:16, Bu gün
"Rusiya təcavüzünə birbaşa cavab" - Polşa hərbi əməliyyata başlayır
17:10, Bu gün
Naxçıvanbank bu SƏBƏBDƏN BAĞLANDI - DETALLAR
17:05, Bu gün
UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb -
17:00, Bu gün
Azərbaycan millisi paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq
16:55, Bu gün
Hərbi liseylərə qəbul imtahanının NƏTİCƏLƏRİ
16:50, Bu gün
“Bunun kimilərə edam cəzası verilməlidir” – ŞOK TƏLƏB
16:46, Bu gün
“Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb” - Cavid Qurbanov
16:41, Bu gün
“Medera”nın sahibi klinikasından imtina etdi
16:36, Bu gün
Xalq artisti geyimi ilə GÖZ OXŞADI - VİDEO
16:30, Bu gün
MSK Polad Bülbüloğlunun namizədliyini təsdiqlədi
16:25, Bu gün
Ermənilər Tovuzda havaya PUA qaldırdılar - RƏSMİ
16:20, Bu gün
Polkovnik rektor təyin edildi
16:15, Bu gün
““Prime mobile” şirkəti qaçaq yolla gətirdikləri telefonu vergilər və gömrükdən qeydiyyatdan keçirmədən mənə satıb” - İDDİA-ŞİKAYƏT
16:09, Bu gün
Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər...” - ÖZƏL
16:04, Bu gün
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
15:58, Bu gün
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib - FOTO
15:52, Bu gün
BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
15:47, Bu gün
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqləndi
15:42, Bu gün
Ceyhun Bayramov gənc diplomatlar ilə görüşdü
15:37, Bu gün
Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər - tutulan var
15:32, Bu gün
Mehriban Xanlarovaya AĞIR İTKİ üz verdi
15:27, Bu gün
"Çin özünü "qlobal sülhməramlı" kimi göstərir, lakin kimə dəstək verdiyi barədə seçim edib" - "The Wall Street Journal"
15:21, Bu gün
Yaxın Şərq və ərəb “NATO”su arzuları – qəbul olunmayacaq duaya “amin” deyilməz - TƏHLİL + FOTO
15:15, Bu gün
Dilarə Əliyevadan qızı ilə bağlı paylaşım - FOTO
15:10, Bu gün
Polad Bülbüloğlu namizədliyini verdi - YAP-dan rəqibi...
15:04, Bu gün
Kanalda batan yeniyetmənin axtarışları davam edir
14:59, Bu gün
Canluici Buffon İtaliya millisinin idman direktoru təyin olundu
14:53, Bu gün
"Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər" - Sahil Babayev
14:47, Bu gün
“Vitse-spiker olacağım barədə indidən nəsə demək doğru deyil” – FAZİL MUSTAFA
14:41, Bu gün
Prezident fərman imzaladı
14:36, Bu gün
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
14:30, Bu gün
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
14:26, Bu gün
Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü - FOTO
14:20, Bu gün
Amerikalı səyyah: "Biz regionun tarixi haqqında çox şey öyrəndik"
14:14, Bu gün
Fermerlərin ucuz məhsullarını əhaliyə baha satan DƏLLALLAR - Ekspert DETALLARI AÇIQLADI
14:08, Bu gün
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
14:02, Bu gün
Milli Qəhrəman Natiq Qasımovun anasına mənzil verildi - FOTO
13:57, Bu gün
Bakıdakı hotellərdə gecələyənlərin SAYI ARTIB
13:52, Bu gün
Olaf Şolts Rusiya ordusunun Ukraynaya qarşı müharibəsində itkilərini AÇIQLADI
13:47, Bu gün
HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - VİDEO
13:41, Bu gün
Əkin sahəsinə görə kəndlini döydülər - saxlanılan var - FOTO
13:35, Bu gün
Nürnberq prosesində nasistlərin güvəndiyi sovet prokuroru – onun müəmmalı ölümündə Stalinin də adı hallanıb
13:29, Bu gün
Avqustun 1-dən QAYDALAR DƏYİŞİR
13:27, Bu gün
Fransa olimpiyadaya yollanan idmançıları qida ilə təmin edə bilmir
13:22, Bu gün
BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalandı
13:17, Bu gün
Azərbaycan dövlətinin İrpendəki akademik Zərifə Əliyeva adına liseyə növbəti yardımı çatdırıldı - FOTO
13:12, Bu gün
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
13:06, Bu gün
Şuşada zəlzələ sensorları yerləşdirildi - VİDEO
13:00, Bu gün
Xaçmazda eyni yerdə iki ağır yol qəzası: Səkkiz nəfər xəsarət aldı
12:56, Bu gün
Ağadadaş Ağayevin insidentdən sonra ilk fotosu 
12:55, Bu gün
Okeanda 438 gün sağ qalan adam haqqında ŞOK İDDİA-ADAM YEYİB? 
12:51, Bu gün
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - FOTO/VİDEO
12:47, Bu gün
Baş nazir qərar imzaladı - Uşaqlara pulsuz oldu
12:42, Bu gün
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
12:36, Bu gün
Əli Əsədov qərar imzaladı
12:32, Bu gün
Ağadadaş Ağayevin vəkili şok faktlar açıqladı - "Gözətçi əvvəllər..."
12:27, Bu gün
Kəndlərə hücum nəticəsində 20-dən çox adam ölüb: uşaqlar pala ilə öldürülüb, qızlar zorlanıb
12:26, Bu gün
İqbal Əbilovun həbsinin DETALLARI - Ermənistanla gizli sövdələşmələr və…
12:21, Bu gün
Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır - YENİLƏNİB + FOTO
12:16, Bu gün
Azərbaycanda vəzifəli şəxs xidməti otağında ÖLDÜ
12:12, Bu gün
Türkiyə Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq
12:07, Bu gün
Təzə gəlin rəfiqəsi ilə birlikdə faciəvi şəkildə öldü - FOTO
12:05, Bu gün
Bakının Parlament prospektində təmir işləri yekunlaşıb - VİDEO
12:02, Bu gün
"Trampa atəş açan Con Kennedinin qətlinin detallarını öyrənib" - ABŞ Federal Təhqiqat Bürosu
11:58, Bu gün
“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi
11:53, Bu gün
Emin Ağalarov bacısının nişanlısını belə təqdim etdi
11:52, Bu gün
İki ali təhsil müəssisəsində nöqsanlar aşkarlandı
11:48, Bu gün
Minbir dərdə dərman olan yemişan sirkəsini bir də belə hazırlayın
11:45, Bu gün
Tezliklə şans üzünə güləcək 3 bürc: Yeni mülk ala bilərlər...
11:43, Bu gün
Naxçıvanda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib
11:41, Bu gün
"Deyirdi ki, dünyəvi dövlətə etiraz et..." - "Kərimə" işində şok detallar
11:38, Bu gün
Rusiyada “Instagram”ın fəaliyyəti bərpa olunacaq?
11:33, Bu gün
Abşeronda körpə qızdırmadan öldü
11:32, Bu gün
Səyahət edənlərin nəzərinə! - Bu infeksiyalara yoluxa bilərsiz...
11:28, Bu gün
Bu bankın lisenziyası ləğv edildi - FOTO
11:25, Bu gün
Ev almaq istəyənlər, xəbəriniz olsun: Bazarda gözlənilməz hərəkətlənmə...
11:23, Bu gün
“Zəngəzur boşaldılıb Rusiya “FSB”-sinin nəzarətinə verilməlidir ki, tranzit işləsin...”
11:22, Bu gün
Azərbaycanda altı ayda 42 min abort qeydə alınıb
11:16, Bu gün
Moldovanın maliyyə naziri istefa verib
11:15, Bu gün
Dövlət Komitəsində italiyalı memarla görüş olub - FOTO
GÜNLÜK
24 Jul 2024 | 22:10
"Atam olsaydı, ərim tərəf heç vaxt məni əzə bilməzdi" - VİDEO
24 Jul 2024 | 22:45
“Yadplanetli mumiyalarda” barmaq izi analizi! — Nəticə şoka saldı (FOTO)
24 Jul 2024 | 22:03
Kəramətdən Ağadadaşa SƏRT SÖZLƏR: “Ağadadaşın beyni xəstədi…”
24 Jul 2024 | 21:17
Dörd qolu, dörd ayağı və iki üzü olan KÖRPƏ DOĞULUB – FOTO
24 Jul 2024 | 19:40
Bu qidaları təkrar qızdırmayın
24 Jul 2024 | 23:00
Azərbaycanda nağdsız ödənişlərdə PROBLEM
24 Jul 2024 | 20:26
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
24 Jul 2024 | 20:31
DYP sürücülərə müraciət ETDİ
24 Jul 2024 | 21:30
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” — Mandatını “yeniləməyə” hazırlaşan oliqarx üçün “LABİRİNT”
24 Jul 2024 | 21:24
Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR
HƏFTƏLİK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
23 Jul 2024 | 23:00
Xalq artistinin qulağını necə zədələdiyi bilindi - İçkili halda...
21 Jul 2024 | 17:46
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
23 Jul 2024 | 14:46
Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləri yayıldı – ŞOK VİDEO
AYLIQ
24 Jul 2024 | 22:10
"Atam olsaydı, ərim tərəf heç vaxt məni əzə bilməzdi" - VİDEO
24 Jul 2024 | 22:45
“Yadplanetli mumiyalarda” barmaq izi analizi! — Nəticə şoka saldı (FOTO)
24 Jul 2024 | 22:03
Kəramətdən Ağadadaşa SƏRT SÖZLƏR: “Ağadadaşın beyni xəstədi…”
24 Jul 2024 | 21:17
Dörd qolu, dörd ayağı və iki üzü olan KÖRPƏ DOĞULUB – FOTO
24 Jul 2024 | 19:40
Bu qidaları təkrar qızdırmayın
24 Jul 2024 | 23:00
Azərbaycanda nağdsız ödənişlərdə PROBLEM
24 Jul 2024 | 20:26
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
24 Jul 2024 | 20:31
DYP sürücülərə müraciət ETDİ
24 Jul 2024 | 21:30
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” — Mandatını “yeniləməyə” hazırlaşan oliqarx üçün “LABİRİNT”
24 Jul 2024 | 21:24
Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR