Bakıda kişidən dəhşətli hərəkətlər: Oğlanla yazışan arvadının dodağını... – TƏFFƏRRÜAT
Kriminal
Oxunub: 1448
10 Jul 2024 | 14:06
Bakıda kişidən dəhşətli hərəkətlər: Oğlanla yazışan arvadının dodağını... – TƏFFƏRRÜAT
Bakının Qaradağ rayonunda 1983-cü il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Qönçəyə (adlar şərti göstərilib – red.) işgəncə verib.
 
Əfqan ötən il iyunun 26-dan iyulun 3-dək olan müddətdə Puta qəsəbəsində nömrəsiz fərdi yaşayış evində arvadı Qönçənin başqa bir oğlanla votsap vasitəsilə danışmasından hiddətlənib.
 
O, mütəmadi olaraq işgəncə verməklə arvadının bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub. Saçından tutaraq sürüyüb, boğub, qızdırılmış bıçaqla dodaq və hər iki əlin iç nahiyələrini yandırıb.
 
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
 
“Özünün günahsız olduğunu sübut etməyə çalışdı”
 
Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.
 
Məhkəmədə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyunun 23-də saat 16 radələrində işdən evə gələn zaman arvadının telefonuna zəng gəldiyini görüb:
 
“Zəng barədə arvadımdan soruşdum. O, zəngin uşaqların məktəbinin “whatsapp” qrupundan gəldiyini dedi. İkinci dəfə telefona zəng gəldikdə özüm telefonu açdım. Zəng edənin Fəhmin adlı bir şəxs olduğunu bildim. Bu məsələdən sonra arvadımla aramızda söz-söhbət oldu.
 
Qönçə günahsız olduğunu sübut etməyə çalışdı və əlini bıçaqla yandırdı. Daha sonra polisə getdi”.
 
“Aliment ödəyirəm”
 
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polisə verdiyi ifadəsini təsdiq etməyib. O, zərərçəkmiş şəxsin ağzını yandırması, saçından tutması kimi hərəkətləri etmədiyini, onları müstəntiqin yalandan yazdığını bildirib.
 
O, məhkəmə ifadəsində hadisədən qısa müddət sonra arvadı ilə barışdığını, arvadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu, o cümlədən bir azyaşlı uşağa görə də aliment ödədiyini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla daş karxanalarında fəhlə işlədiyini və tutulacağı təqdirdə ailəsinin acınacaqlı vəziyyətə düşəcəyini bildirib.
 
“Əxlaqsız hərəkətini görməmişəm”
 
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasındfa kəskin ziddiyət görüb. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.
 
Əfqan həmin ifadəsində özünü qismən təqsirli bilib və göstərib ki, ailəsi ilə birlikdə yaşayır: “Ruhi əsəb xəstəliyindən əziyyət çəkməmişəm, bu gün də əziyyət çəkmirəm. Fərdi qaydada daş karxanalarında fəhləliklə məşğulam. Adətən bir gün işdə, digər gün evdə oluram.
 
Qönçə ilə təxminən 2013-cü ildə nikaha daxil olmuşam. Bu nikahdan bizim iki övladımız var. Qızım Səbinə 2014-cü il, oğlum Fərid isə 2016-cı il təvəllüdlüdür. Qönçə ilə bu günə qədər münasibətlərimiz normal olub. Arabir ailə daxili mübahisələrim yaranıb.
 
Təxminən 3 il əvvəl Qönçə ilə aramızda münaqişə baş verdi. O, küsüb atası evinə getdi. Lakin bir neçə gün sonra barışdıq, onu evimə gətirdim. Qönçə uzun müddətdir mobil telefon işlədir. Bu günə qədər heç bir əxlaqsız hərəkətini görməmişəm, eşitməmişəm. Sosial şəbəkələrdən yalnız “Tik-tok”dan istifadə edib.
 
Qönçənin mobil telefonuna daim nəzarətim olub. Təxminən 1 ildir “Tik-tok” sosial şəbəkəsinə daxil olur. Onun “Tik-tok” sosial şəbəkəsindən istifadə etməsinə özüm icazə vermişəm. Lakin istifadəsində olan mobil nömrə ilə sosial şəbəkədə qeydiyyatdan keçməsindən xəbərim olmayıb”.
 
“Məni şantaj edəcəyini deyirdi”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün saat 16 radələrində işdən evə gəlib: “Evdə oturmuşdum, bu vaxt Qönçənin telefonuna zəng gəldi. Ondan kimin zəng etdiyini soruşdim. Dedi ki, məktəbdəki valideynlər qrupudur. Lakin mən inanmadım. Çünki məktəb qrupunda zəng etmirlər, yazırlar.
 
Qönçəyə iki dəfə zəng gəldi, amma cavab vermədi. Üçüncü dəfə videozəng gəldi. Telefonu götürərək zəngi açdım. Qönçəyə tərəf tutdum, bir nəfər oğlan ona əl edərək salam verdi. Mən telefonun ekranını özümə tərəf tutanda zəngi bağladı.
 
Bundan sonra Qönçədən zəng edənin kimliyini, aralarında nə münasibət olduğunu soruşdum. Aramızda mübahisə yarandı. Qönçə qardaşımın evinə getdi. Daha sonra qardaşlarım Valeh və Eldar da evimə gəldilər.
 
Qönçədən zəng edənin kim olduğunu bir neçə dəfə soruşdum. O, hər dəfə zəng edən şəxsi tanımadığını bildirdi. Axşam Qönçə ilə evdə oturaraq ailə daxilində söhbət etdik. Ondan zəng edənin kim olduğunu dönə-dönə soruşdum. Qönçə dedi ki, zəng edən xalasının ögey nəvəsi Fərid adlı şəxsdir, nömrəmi kimdənsə alıb, məni yığıb, danışmasaydım, məni şantaj edəcəyini deyirdi, ona görə mən də qorxumdan danışmışam. Fərid hazırda Rusiya Federasiyasında yaşayır.
 
Mən də izah etdim ki, səni şantaj edirdsə, heç olmasa yaxın qohumlarından birinə bu barədə məlumat verərdin. Qönçə qorxduğu üçün heç kimə bu barədə məlumat verə bilmədiyini dedi. Həmin günü Qönçəyə heç nə etməmişəm. Sabahı günü işə getmişəm.
 
Axşam qayıdanda Qönçənin oğlanla danışdığı üçün bir dəfə saçından tutaraq dartdım. O biri günü boğazından tutaraq boğdum. Digər gün 3 saat qapısı bağlı hamamda saxladım”.
 
“Dodağını, əllərini özü yandırdı”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 1-də gündüz saatlarında işdə olduğu zaman Qönçənin xalası Sevdaya zəng edib: “Dedim, sənin oğlun Fərid mənim həyat yoldaşıma zəng edərək təhqir edir, Qönçə sənin bacın qızıdır, namusundur. Sevda söyüşlə dedi ki, sənin arvadın “Tik-tok”da nə gəzirdi? Əvvəla Qönçə Fəridi “Tik-tok”da taparaq yazıb.
 
Mən bu hadisədən sonra, Qönçənin mənə yalan danışmağından əsəbləşdim, gecə saatlarında evə gəldim. Aramızda yenə mübahisə yarandı. Qönçədən mənə niyə yalan dediyini soruşdum. Dedi ki, “Tik-tok”da qeydiyyatdan keçdiyimi sənə deməkdən qorxdum.
 
Uşaqlar evdə yatmışdılar. Qönçəyə dedim ki, sən mənimlə yalan danışmısan, ona görə də ağzını, əllərini yandırmalısan. O da mətbəx bıçağını sobada qızdıraraq özü dodağını, daha sonra əllərinə vuraraq yandırdı”.
 
“İndi anlayıram ki, səhv etmişəm”
 
Əfqan bildirib ki, iyulun 3-də axşam saatlarında yenə işdən gəlib: “Həmin vaxt da əsəbim sakitləşməmişdi. Mətbəx bıçağını götürərək qızdırdım, Qönçənin dodağına, hər iki əllərinin içərisinə vuraraq yandırdım. Gecə saatları olduğundan uşaqlar digər otaqda yatmışdılar. Qönçəni qaynar bıçaqla yandıranda səsi gəlmədi, qışqırmadı.
 
İyulun 4-də saat 11 radələrində mağazaya getdim. Qönçəyə dedim ki, “Tik-tok”da qeydiyyatını silməsən, sənin başına oyun açacam. Mən mağazadan qayıdanda gördüm ki, Qönçə uşaqları da götürərək evdən qaçıb. Onun hara getdiyindən məlumatım olmayıb. Daha sonra bildim ki, polisə müraciət edib. Mən əməlimdən peşmanam, indi anlayıram ki, səhv etmişəm.
 
Qönçə sığınacağa müraciət edərək ora yerləşib. Bir neçə gündən sonra özüm sığınacağa müraciət etdim və Qönçə ilə barışaraq onu evə gətirdim”.
 
“Xalamın ögey nəvəsi ilə danışırdım”
 
Məhkəmədə ifadə verən Qönçənin sözlərinə görə, Əfqanla on bir ildir ailəlidir, iki azyaşlı uşağı var, əvvəllər belə bir hal baş verməyib:
 
“Münasibətlərimiz normal olub. Mən telefonda xalamın ögey nəvəsi ilə danışırdım. Əfqan məndən niyə xalam nəvəsi ilə danışdığımı soruşdu. Mən də ərimə pis heç nə etmədiyimi, ancaq danışdığımı dedim. Sonra dedim, özümü sənə necə sübut edim, sən mənə inanasan. O da nə etsəm, daha inanamayacağını bildirdi.
 
Mən də özümü ərimə inandırmaq üçün bıçağı qızdırdım, əlimə və dodağıma basdım. Sonra polisə zəng edərək mənə sahib çıxmaları üçün məlumat verdim”.
 
Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra əri ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur, özü heç bir yerdə işləmir, ailənin bütün maddi tələbatını əri fəhləlik etməklə ödəyir: “Ərim tutulacağı təqdirdə ailəmiz çox acınacaqlı duruma düşəcək.
 
Bundan başqa ərimin əvvəlki arvadından da bir azyaşlı uşağı var, ona da aliment ödəyir. Bütün bu halların nəzərə alınaraq ərimə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm”.
 
Məhkəmədə müəyyən edilib ki, zərərçəkmiş Qönçə ibtidai istintaq zamanı fərqli ifadə verib. Bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin tədqiq edib.
 
“Heç bir əxlaqsızlıq baş verməyib”
 
Qonçə həmin ifadəsində göstərib ki, evdar qadındır, heç bir işlə məşğul olmur: “Həyat yoldaşım Əfqan fərdi qaydada daş karxanasında fəhləliklə məşğul olur. Ailə həyatı qurduqdan bu günə qədər onunla normal yaşamışıq, arabir ailə daxili münaqişələrimiz olub. Əfqan məni döyüb, mən də anamın yaşadığı Salyan rayonuna getmişəm.
 
Bir neçə gün orada qaldıqdan sonra Əfqan gələrək yalvarıb, barışıb, yenidən öz evimizə qayıtmışam. Lakin məni mütəmadi olaraq döyməyib. Təxminən 1 ildən çoxdur ki, Əfqanın adına istifadəmdə mobil telefon nömrəsi var. Təxminən 3-4 aydır telefona “Tik-tok” sosial şəbəkəsi yükləyərək istifadə edirəm. Təxminən 20 gün olar, “Tik-tok” sosial şəbəkəsində özümə səhifə açmışam. “Tik-tok”da yalnız videolara baxmışam.
 
Bir gün qarşıma xalamın Rusiya Federasiyasında yaşayan ögey nəvəsi Fəridin səhifəsi çıxdı. Mən qohum olduğundan öz istifadəmdə olan nömrəni Fəridə yazdım. O da mənə votsap vasitəsilə yazaraq danışdıq.
 
Fərid mənimlə yanlız özüm haqqında, ailəm haqqında suallar verib, bir-birimizlə danışmışıq. Başqa heç bir əxlaqsızlıq baş verməyib. Həm də Fərid uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır”.
 
“Ərim məni ittiham etdi”
 
Zərərçəkmiş deyib ki, iyunun 26-da axşam saatlarında Əfqan işdən evə gəlib: “Həmin vaxt telefonuma Fərid görüntülü zəng etdi. Mən zəngi açmadım. Əfqan zəng edənin kim olduğunu soruşdu. Mən də məktəb qrupundan zəng edildiyini dedim. Lakin Fərid bir də zəng etdi. Əfqan dedi ki, zəngə cavab ver, görüm həqiqətən məktəb qrupundan zəng edirlər? Mən də zəngə cavab verdim. Fərid görüntüdə əli ilə mənə salam verəndə Əfqan telefonu əlimdən aldı. Fərid Əfqanı görən kimi zəngi bağladı.
 
Həyat yoldaşım məndən zəng edənin kim olduğunu soruşdu. Dedim, xalam nəvəsidir, elə belə söhbət etmişik. Əfqan mənə inanmadı. Dedi, yəqin, sizin aranızda nəsə olub. Məni əxlaqsızlıqda ittiham etməyə başladı, aramızda mübahisə yarandı. Mənə inanmadı, məni döyməyə başladı. Baş, sifət nahiyələrimdən yumruq, şillə ilə, bədənimin müxtəlif nahiyələrindən isə təpiklə zərbələr vurdu.
 
Həmin günü Əfqan məni elə bərk boğdu ki, nəfəsim getdi. Güclə əlindən canımı qurtardım və digər otağa qaçdım. Məni hər gün işdən evə gələndə döyürdü. Gecələr yatmağa icazə vermədi. Bir dəfə məni gecədən səhərə qədər tualetdə saxladı. Digər günləri isə gecəni həyətdə saxladı. Uşaqlar ayılanda evə daxil olmağa icazə verirdi ki, uşaqlar bilməsin. Hər gün məni əxlaqsız olmaqda ittiham edərək nalayiq ifadələrlə söyürdü”.
 
“Qızımla oğlum bu əzabları görüblər”
 
Qönçənin ifadəsinə görə, iyulun 1-də gecə saat 2 radələrində uşaqları yatızdırdıqdan sonra mətbəxdə olan bıçağı sobanın üzərinə qoyaraq qızdırıb, qaynar bıçağı onun dilinə, dodaqlarına, hər iki əlinin üstünə, içərisinə vuraraq yandırıb:
 
“Əfqan mənim ağzımı tuturdu ki, qışqırtımı uşaqlar eşidərək qorxmasınlar. Hər gün səhər işə gedir, axşamüstü gəlirdi. Mənim eyni nahiyələrimi sobanın üzərində qızdırdığı qaynar bıçaqla yandırırdı. Mən elə bilmişəm ki, Əfqanın verdiyi işgəncəni uşaqlarım görmür. Lakin sonradan bildim ki, qızımla oğlum otaqda olan pərdənin arxasından Əfqanın 3 gün ard-arda mənə verdiyi əzabları görürüblər”.
 
Zərərçəkmiş şəxs qeyd edib ki, iyulun 4-də səhər saatlarında Əfqan evdən çıxaraq mağazaya gedib: “Dedi, mən indi bazara gedirəm, geri qayıdanda səhifə açdığına görə sənin üzündə səhifə açacam, bir gözünə elə dağ basacam ki, dünyaya bir gözlü baxasan. O, evdən çıxan kimi mən də qorxumdan uşaqlarımı götürərək qaçdım. Daha sonra avtobusla 10-cu Polis Şöbəsinə gəldim və başıma gələnlər barədə müraciət etdim”.
 
“Deyib ki, ananızın hələ başını kəsmirəm”
 
Qönçə deyib ki, Əfqan onu ilk dəfə qaynar bıçaqla dilini, dodaqlarını, əllərini yandıran zaman uşaqlar yatıb: “Mənim qışqırtıma uşaqlar ayılaraq yanıma gəldilər. Onları yenidən yatızdırdım. Sabahı günü uşaqlar pərdənin arxasında gizlənərək Əfqanın mənə verdiyi işgəncəyə şahid olublar.
 
Əfqan onların üstünə qışqırıb və deyib ki, gedib yatın, ananızın hələ başını kəsmirəm, yandırıram, yatmasanız başını kəsəcəm”.
 
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 2 ay şərti cəza verilib.
 
Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəişməmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulub.
 
Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunub. /Teleqraf.com/
 
Oxşar xəbərlər
20:54, Bu gün
Öldüyü zənn edilən qadın dəfn zamanı oyandı
20:47, Bu gün
“Pinqvin” və “Yumurta” qalaktikaları bir-birinə qarışdı
20:40, Bu gün
Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?
20:33, Bu gün
İlan sancmaları və onlara qarşı mühafizə tədbirləri
20:25, Bu gün
Dollara tələbat iki dəfə aşağı düşdü — Nə baş verir?
20:17, Bu gün
"Neftçi" ilk yoxlama matçında qələbə qazanıb
20:10, Bu gün
Tural Abbaslı, xanımı qayınatası namizəd oldu
20:04, Bu gün
Ərdoğan: "İraq və Suriyadakı terror təşkilatları tələyə düşüblər"
19:57, Bu gün
Hər gün xiyar yemək üçün 7 ƏSAS SƏBƏB
19:50, Bu gün
Azərbaycanın U-16 basketbol millisi finala yüksəlib
19:43, Bu gün
Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı təmizləməlidir" — VİDEO
19:35, Bu gün
Bəxt 3 bürcdən üz döndərəcək: İyulda böyük pul probleminiz olacaq
19:30, Bu gün
Rusiya Xarkov vilayətini atəşə tutub, ölənlər və yaralananlar var
19:23, Bu gün
Təmizlik aksiyası və tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçirilib
19:15, Bu gün
Bu filmdə hər şey var: Sevgi, xəyanət, cinayəti etiraf etmək və daha nələr, nələr...
19:07, Bu gün
İdman zamanı hansı travmalar yarana bilər? — HƏKİM AÇIQLADI
19:01, Bu gün
“İntiharları azaltmaq üçün həm mülki həyatda, həm də Silahlı Qüvvələrdə psixoloji xidmət gücləndirilməlidir...”-General
18:55, Bu gün
Alimlərdən həyəcan təbili: 2024-cü il ən isti il ola bilər
18:51, Bu gün
Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır
18:46, Bu gün
Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək
18:40, Bu gün
"Kim bunu mənə qadağan edə bilər?" — FOTOLAR
18:33, Bu gün
Türkiyədə təhsil 2024 yenilikləri və möhtəşəm TƏKLİFLƏR
18:25, Bu gün
Bu meyvə xərçəng riskini azaldır
18:20, Bu gün
Ağıllı kişisilər bu qadınlarla münasibət qurmurlar
18:15, Bu gün
Qara kürü niyə bu qədər bahadır? - 6 ƏSAS SƏBƏB
18:10, Bu gün
Dəhşətli olay: Bir ailənin 3 övladı... - VİDEO
18:05, Bu gün
Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub
18:00, Bu gün
Polis hər yerdə bu kişini AXTARIR - FOTO
17:56, Bu gün
“Qarabağ” karyeram baxımından mükəmməl klubdur" - Fabian Buntiç
17:52, Bu gün
Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı təmizləməlidir" - VİDEO
17:47, Bu gün
Pərvizlə Türkan sevənlərini belə coşdurdu - VİDEO
17:44, Bu gün
Muxtar Babayev ATƏT-in baş katibi ilə görüşdü - FOTO
17:40, Bu gün
Xanımının romantik foto çəkmək istəyinə Taleh Yüzbəyovun reaksiyası - VİDEO
17:34, Bu gün
Mehriban Ələkbərzadə mükafata layiq görüldü - FOTO
17:28, Bu gün
Kondisioner soyuqdəyməyə səbəb ola bilərmi?
17:22, Bu gün
"Qərbin səyləri əbəsmiş: Putin diplomatiya burulğanına düşüb" - "Bloomberg"
17:15, Bu gün
“Efirlərdə bunun adını sərbəstlik qoyurlar, gələcək nəsillərə pis örnək olurlar” - Xalq artistindən İRAD + FOTO + ÖZƏL
17:10, Bu gün
Xərçəngə daha çox kimlər meyllidir - Varlılar, yoxsa kasıblar?
17:04, Bu gün
Vaşinqtonla İrəvan yeni plan hazırlayıb - TƏFƏRRÜAT
16:57, Bu gün
Bu yaşayış mәhәllәlәrinin layihəsinə 2 milyon ayrıldı
16:51, Bu gün
İran tarixinin ən atletik prezidenti vahid siyasi xətti davam etdirəcək? - ŞƏRH
16:45, Bu gün
Bakıda daha bir yeniyetmə dənizdə boğuldu
16:40, Bu gün
MDB PA-nın nümayəndələri Milli Məclisə növbədənkənar seçkini müşahidə edəcəklər
16:34, Bu gün
MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırladı
16:27, Bu gün
DƏHŞƏTLİ QƏTL: Gənc qadını aldadaraq evinə çağırdı, 6 parçaya böldü – FOTO
16:21, Bu gün
Ermənilərin bitməyən saxtakarlığı: Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
16:14, Bu gün
"Uşaqverən" daşlar, Stalinin mıx vurduğu kənd, qıfıl altında saxlanan "həkim" - REPORTAJ + VİDEO
16:08, Bu gün
UEFA Avropa Liqası: "Zirə" - "Şerif" matçının hakimləri açıqlandı
16:03, Bu gün
İstədiyi dərmanı ala bilməyən şəxs satıcı qadını döydü – VİDEO
15:58, Bu gün
İlham Əliyev iki vacib sənədi TƏSDİQLƏDİ
15:54, Bu gün
“ASAN Xidmət”in işçilərinin sayı artırıldı – FƏRMAN
15:50, Bu gün
Azər Zahid hamını aldadır - VİDEO
15:44, Bu gün
Ceyhun Bayramov: "Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"
15:38, Bu gün
Əsgər Akayev: "Çinin dəstəyi Azərbaycan üçün böyük üstünlükdür" - MÜSAHİBƏ
15:32, Bu gün
"NATO sammiti və Baydenin yalanı..."
15:27, Bu gün
29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...
15:23, Bu gün
Əkizlərin plastik əməliyyatdan əvvəlki halını paylaşdı - FOTO
15:18, Bu gün
“Ballı”nın sahibini öldürmək istəyənə hökm oxundu
15:13, Bu gün
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq
15:07, Bu gün
"Birləşdik - 2024" təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirirlər - FOTO/VİDEO
15:01, Bu gün
Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirildi
14:56, Bu gün
Bir müddət əvvəl ləğv edilən parkinqə yenidən icazə verildi - FOTO
14:50, Bu gün
Dünyada tək olan 2,3 milyon dollarlıq maşın startdan 3 saniyə sonra QƏZAYA DÜŞDÜ - VİDEO
14:45, Bu gün
Öz zolağı ola-ola avtomobil yoluna çıxan avtobuslar CƏRİMƏLƏNƏCƏK? - VİDEO
14:39, Bu gün
“Hərənizin bir saxlayanı var, o vaxt tiktok olmayıb ki, kabinetdə sizi çəkib paylaşardılar”
14:32, Bu gün
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
14:26, Bu gün
Paşinyan Bakıya gəlməyə hazırlaşır - Sensasion iddia
14:20, Bu gün
İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"
14:14, Bu gün
Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul etdi - YENİLƏNİB
14:08, Bu gün
Şəhid ailəsinin evinə BASQIN EDİLDİ
14:01, Bu gün
Şoyqunun müavininin cinayət işində adı keçən şəxs müəmmalı şəraitdə dünyasını dəyişib
13:55, Bu gün
Paşinyan Gürcüstanın müdafiə naziri ilə görüşdü
13:50, Bu gün
Ermənistan Rusiyadakı səfirini geri çağıracaq?
13:44, Bu gün
“Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdı”
13:37, Bu gün
Sahibkarlar Qida Təhlükəsizliyi Agentliyindən niyə narazıdır? – Gərgin müzakirə - VİDEO
13:31, Bu gün
Yuxuda sevgilini aldatmaq nə vəd edir?
13:29, Bu gün
"Qiymətlərimiz yuxarı qalxır, amma liftlərimiz qalxa bilmir, yarı yolda qırılır...-SƏBƏB?.."
13:23, Bu gün
DİN bu uşaq bağçası ilə bağlı yayılan məlumatları nəzarətə götürdü
13:16, Bu gün
Qubada qanunsuz tikili söküldü - FOTO/VİDEO
13:10, Bu gün
Türkiyədə turist avtobusu qəzaya uğradı: Ölən və yaralananlar var
13:05, Bu gün
Azərbaycan XİN Monteneqronu milli bayram münasibətilə təbrik etdi - FOTO
13:00, Bu gün
Barışıq əli vaxtında sıxılmayanda... yumruğa çevrilir! – 26 illik danışıqlar dərs olmadı?  
12:54, Bu gün
Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq - PROQNOZ
12:48, Bu gün
Qarabağı turizm cənnətinə çevirmək istəyiriksə... - ARAŞDIRMA + FOTO
12:42, Bu gün
Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü öldürdü - VİDEO
12:32, Bu gün
Bakıda dənizdə batan qardaşların və digər yeniyetmənin cəsədi tapıldı - YENİLƏNİB + VİDEO
12:27, Bu gün
YAP Mərkəzi Aparatında müşahidəçilər üçün təlim keçirildi - FOTO
12:22, Bu gün
Sumqayıt sakinində bir bıçaq və sursatlar aşkarlandı
12:17, Bu gün
Qarabağ Universitetində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
12:12, Bu gün
“Əsla Messi kimi olmayacağam” - Yamal
12:07, Bu gün
"Ayaqlarından öpəndə bütün yorğunluğum gedir" - FOTO
12:02, Bu gün
İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi
11:54, Bu gün
Rusiya Ukraynanı Kiyev SES-də "terror aktına" hazırlıqda riyakarcasına  ittiham edib
11:50, Bu gün
Bəzi rayonlara leysan yağdı - FAKTİKİ HAVA
11:44, Bu gün
Çəkiliş zamanı operatorun qətlində ittiham olunan Alek Bolduinlə bağlı qərar verildi - FOTO/VİDEO
11:40, Bu gün
Yeni müharibə riski: Noyabrdan sonra nə baş verəcək? - Kritik gəlişmə
11:36, Bu gün
Nazirlik rəsmisindən restoran sahiblərinə ÇAĞIRIŞ
11:33, Bu gün
Azərbaycan şahmatçıları V Avropa Universitet Oyunlarında birinci yeri tutublar
11:31, Bu gün
Kürdəmirdə ağır yol qəzası olub, bir nəfər ölüb
11:30, Bu gün
Dövlət Vergi Xidməti ilə ADA Universiteti Anlaşma Memorandumu imzaladı - FOTO
GÜNLÜK
12 Jul 2024 | 22:28
Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu - FOTO-YENİLƏNİB
12 Jul 2024 | 21:37
Türk diceyə görə Bakıda 7 km-lik tıxac - FOTO
12 Jul 2024 | 22:00
Gənc qalmaq üçün İsveç iliyi transplantasiyası — FOTO
12 Jul 2024 | 22:13
Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ
14:32, Bu gün
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
12 Jul 2024 | 21:20
Kəlbəcər adlı təbiət muzeyini qoruyaq - FOTO
12 Jul 2024 | 23:00
2025-ci ildə bu telefonların istehsalı yığışdırılacaq
12 Jul 2024 | 21:50
Türkiyədə bu il ən bahalı təyyarə bileti 15 min, ən ucuzu isə 22 manata satılıb
12 Jul 2024 | 21:22
Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube” platformasından silinib
12 Jul 2024 | 21:29
Bayden: “Trampı bir daha məğlub edəcəm”
HƏFTƏLİK
08 Jul 2024 | 00:00
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
08 Jul 2024 | 12:53
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
08 Jul 2024 | 12:25
14 qurdun ABŞ parkında yaratdığı möcüzə - Dünya heyrətdə
09 Jul 2024 | 18:00
Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu
09 Jul 2024 | 14:07
38 yaşlı kişi qaynı arvadına videoları göndərdi, gecə evinə girdi... – ŞOK TƏFƏRRÜAT
08 Jul 2024 | 15:36
Ümumvətəndaş pasportu almaq üçün DÖVLƏT RÜSUMLARI
AYLIQ
12 Jul 2024 | 22:28
Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu - FOTO-YENİLƏNİB
12 Jul 2024 | 21:37
Türk diceyə görə Bakıda 7 km-lik tıxac - FOTO
12 Jul 2024 | 22:00
Gənc qalmaq üçün İsveç iliyi transplantasiyası — FOTO
12 Jul 2024 | 22:13
Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ
14:32, Bu gün
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
12 Jul 2024 | 21:20
Kəlbəcər adlı təbiət muzeyini qoruyaq - FOTO
12 Jul 2024 | 23:00
2025-ci ildə bu telefonların istehsalı yığışdırılacaq
12 Jul 2024 | 21:50
Türkiyədə bu il ən bahalı təyyarə bileti 15 min, ən ucuzu isə 22 manata satılıb
12 Jul 2024 | 21:22
Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube” platformasından silinib
12 Jul 2024 | 21:29
Bayden: “Trampı bir daha məğlub edəcəm”