Ramiz Mehdiyevin kürəkəninə qarşı İDDİA təmin olundu
Kriminal
Oxunub: 1674
05 Jul 2024 | 14:20
Ramiz Mehdiyevin kürəkəninə qarşı İDDİA təmin olundu
Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə qarşı iddiası üzrə keçirilən proses davam etdirilib.
 
Moderator.az musavat.com-a istinadən xəbər verir ki, prosesdə sabiq deputatın vəkili bir neçə vəsatətlə çıxış edib.
 
Vəsatətlərdən biri təsisçinin prosesə dəvət olunması, digəri zəbt olunmuş torpaqların yerləşdiyi bələdiyyə sədrinin prosesə çağırılması, daha biri Mansur İbrahimovun şikayətləri üzrə başlanmış cinayət işindən sənədlərin tələb olunması ilə bağlı olub. Hər 3 vəsatətlə bağlı prosesin təxirə salınması da istənilib. Məhkəmə hər 3 vəsatəti araşdıraraq əsassız olması səbəbindən rədd edib. Sonuncu prosesə qədər təyin olunan 3 proses cavabdeh, sabiq deputatın vəkilinin təqdim etdiyi vəsatətlər və xahişlər səbəbindən baş tutmayıb. Mayın 15-nə təyin edilmiş prosesə qatılmayan Ramiz Mehdiyevin kürəkəninin vəkili xəstə olduğunu bildirmiş və bu səbəblə prosesin təxirə salınmasını xahiş etmişdi.
 
İş üzrə iddiaçı Mansur İbrahimov məhkəmə öncəsi Musavat.com-a demişdi ki, qarşı tərəf bütün gücünü prosesin maksimum uzanmasına səfərbər edib.
 
Onun sözlərinə görə, proses süni şəklildə, hüquqdan sui-istifadə edilməklə uzandıqca zəbt olunan bağları Mehdiyevin kürəkəninin nəzarətində qalır və bağlardakı ağacların meyvələri yığılaraq satılır, böyük gəlir də müvafiq olaraq onun cibinə gedir. Buna görə də ittiham olunan şəxs prosesin uzanmasında maraqlıdır. Maraqlıdır ki, mayın 30-da keçirilən məhkəmə prosesində bu məsələ yenidən gündəmə gəlsə də, hakim bu dəfə də prosesdə uzun – 1 ay, 1 həftəlik fasilə elan edib, proses iyulun 4-nə təyin olunmuşdu. Mansur İbrahimov baş verənlərin sırf ona məxsus bağların talanmasına xidmət etdiyini açıqlamışdı.
 
Ötən gün hakim Fərman Həmidlinin sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə araşdırmaları sona çatıb. Qısa müşavirədən sonra hakim Mansur İbrahimovun iddiasının təmin edildiyini elan edib.
 
Xatırladaq ki, Mehdiyevin kürəkəni deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində sahibkar Mansur İbrahimova məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib.
 
Bu haqda sahibkarın dedilərindən sitat:
 
“Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı. “Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması baradə məlumatların - xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu. Bilindi ki, Mehdiyevin kürəkəni mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı iddiaya baxılır. DİN-in bu araşdırmasına qədər, 2020-ci ilin sentyabrında Şabran Rayon Məhkəməsində mənim İlham Əliyevə qarşı zəbt olunmuş bağ torpaq sahələrimin geri qaytırılmasına dair iddiama baxılıb şikayətim təmin olunmuşdu. Məhkəmə qaydasında qət olunmuşdu ki, sabiq deputat mənim torpaqlarımdan çıxarılmalıdır.
 
Mehdiyevin kürəkəni həmin qətnamədən apellyasiya şikayəti verdi. Şikayətə hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxıldı, İ.Əliyevin şikayəti qanunsuz və əsassız olduğundan rədd edildi. Sabiq deputat bu dəfə Ali Məhkəməyə şikayət verdi və işin kommersiya xarakterli olmasını əsas gətirməklə kommersiya instansiyasına verilməsini tələb etdi. Bütün bu şikayətlər, qarşılıqlı iddialar hüquqdan, qanunlardan sui-istifadə, sırf məhkəmələrin süni şəkildə uzadılmasına xidmət edən addımlardır.
 
Məhkəmələrin gedişində sabiq deputatın ətrafı açıq şəkildə deyirdi ki, məhkəmələri özləri uzadırlar ki, vaxt udsunlar, zəbt olunan torpaqların mümkün qədər çoxu onların istifadəsində qalsın. Hər ötən il mənim torpaqlarımda əkib-becərdiyim ağaclardan meyvələri yığıb satır, külli miqdarda gəlir əldə edirlər. Buna görə də heç bir əsası olmayan şikayətlərlə məhkəmələri uzadırdılar. Sabiq deputatın Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia da bu qəbildən idi.
 
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Almaz Süleymanova onun bu şikayətini də rədd etdi. Vaxt, zaman isə gedir. İllərdir ki, zəbt olunan torpaqlarımı Azərbaycan dövləti mülkiyyətimə qaytara bilmir. Mehdiyevin kürəkəni bu gün də özünü qanunlardan üstün bilir”.
 
Mansur İbrahimov bildirmişdi ki, 2011-ci ildə Mehdiyevin kürəkəni Kərim Məmmədov və Məhəmməd Balaqadaşov vasitəsilə onunla tanış olub. O zaman sabiq deputat ona şəriklik təklif edib. Şərti də bu olub ki, o, sərmayə qoyacaq, Mansur İbrahimov isə şirkətin genişlənməsini təmin edəcək:
 
“Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, İlham Əliyevin təklifi ilə razılaşmalı oldum. İttiham olunan şəxs “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki sabiq deputat vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdılar. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. kürəkən cibində deputat mandatı qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də İlham Əliyevin özbaşınalığı ilə bağlı şikayət etməmişdim.
 
2019-cu ilin avqustunda sabiq deputat mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram, digər sahələrdə işimi genişləndirərəm. Lakin ittiham olunan şəxs alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlə bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var. Bundan başqa, Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. O, həmin məbləği mənə ödəməlidir.
 
Sumqayıt Kommersiya Məhkəməsində kürəkənə qarşı iddia tələbim budur ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir”.
 
Oxşar xəbərlər
12:26, Bu gün
TÜRK DÜNYASININ GÜCÜ
12:25, Bu gün
14 qurdun ABŞ parkında yaratdığı möcüzə - Dünya heyrətdə
12:24, Bu gün
BDU-da təkrar ali təhsil almaq istəyənlərin sənəd qəbulu prosesi davam edir
12:21, Bu gün
AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat aldı
12:19, Bu gün
Ceyhun Bayramov sülhlə bağlı ƏSAS ŞƏRTLƏRİ AÇIQLADI
12:16, Bu gün
İyulun 8-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ
12:15, Bu gün
Bayramov İranın yeni Prezidenti ilə bağlı danışdı: "İnanırıq ki..."
12:12, Bu gün
Zaur Hacıyev Avropa çempionatının final mərhələsinə təyinat aldı
12:10, Bu gün
Azərbaycanın bu rayonunda torpaqların çıxarışları pulsuz veriləcək
12:07, Bu gün
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
12:06, Bu gün
Soyuducunu daha yaxşı necə təmizləmək olar?
12:04, Bu gün
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir - FOTO
12:00, Bu gün
Pişiyin davranışı ilə evdəki mənfiliyi göstərən 6 İŞARƏ
11:59, Bu gün
İsti havanın insanda yaratdığı qorxunc dəyişiklik: Cinayətə meyli artırır
11:57, Bu gün
İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM
11:55, Bu gün
Sümbülə Əliyeva azadlığa buraxıldı
11:53, Bu gün
Bakıda klinikada faciə: sünnət olunan uşaq öldü
11:48, Bu gün
Prezident Türkiyə ilə imzalanmış Əməkdaşlıq Sazişini təsdiqlədi
11:45, Bu gün
Məşhur generalın vitse-spiker qardaşı başçı təyin olunur
11:42, Bu gün
Prezident ARDNF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqlədi
11:40, Bu gün
Elza bu dəfə kuklalarla...
11:37, Bu gün
Rasim Balayevin səhhətində problem: Əməliyyat olundu
11:35, Bu gün
“Lokomotiv və vaqonlar” hazırdır
11:30, Bu gün
Qarabağ Universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər
11:25, Bu gün
7 iyul imtahanının nəticələri nə vaxt açıqlanacaq?
11:22, Bu gün
Ailəsi kişinin asılmış meyitini tapdı - OĞUZDA İNTİHAR
11:17, Bu gün
Millimiz İspaniya ilə eyni qrupda
11:15, Bu gün
Qərbin "bozqurd" qorxusu: bu işarə Avropanı niyə silkələdi? - VİDEO
11:12, Bu gün
Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq
11:07, Bu gün
Yulğunun şəfalı bitki olduğunu bilirdinizmi?
11:01, Bu gün
Beyləqanda süpürgəçini maşın vurub öldürdü
10:54, Bu gün
Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən deputat saxlanıldı
10:51, Bu gün
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir"
10:47, Bu gün
Akademik Xudu Məmmədovun Ü.Hacıbəylinin ev-muzeyində ölümü - Nəsiman Yaqublunun yazısı
10:43, Bu gün
“Bir ölkədə müxalif partiyaya maliyyə köməyi göstərən biznes adamı cəzalandırılırsa...”
10:43, Bu gün
Yamalın atası oğlunun Messi ilə FOTOSUNU yaydı
10:40, Bu gün
"Şuşa Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının birliyini daha da gücləndirəcək"
10:35, Bu gün
DİM elan etdi - Qeydiyyat başladı
10:34, Bu gün
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
10:33, Bu gün
Azərbaycan yeni minilliyin başlanğıcında...
10:28, Bu gün
Əhali arasında rotavirus və konyuktivit yayılır - VİDEO
10:20, Bu gün
Uzun məsafəli uçuşlarda rahat olmaq üçün 10 MƏSLƏHƏT
10:17, Bu gün
İnternetdən asılı olan uşaqların beynində bu funksiya AZALIR
10:11, Bu gün
Ərini İsraildə qoyub bu ölkəyə köçür
10:03, Bu gün
Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
10:00, Bu gün
Kirayə mənzil bazarında qiymətlər niyə azalmır?
09:57, Bu gün
Böyrək xəstəliklərinin az bilinən ƏLAMƏTLƏRİ
09:52, Bu gün
Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb
09:46, Bu gün
Ağcaqanad dərmanlarının insan orqanizminə ziyanı
09:41, Bu gün
Fransa 3 hissəyə parçalandı: Paris "döyüş" meydanına çevrilib - Makronu hansı təhlükə gözləyir?
09:37, Bu gün
Kirayə mənzil bazarında qiymətlər niyə azalmır?
09:36, Bu gün
Kişi arvadını, qızını və nəvəsini öldürdü - FOTO
09:22, Bu gün
İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ - Xəstəliklər yaradır
09:20, Bu gün
Yeməkdən sonra qarnı şişənlər və sancılanlanlar nə etməli? - Təbii üsullar
09:17, Bu gün
Alimlər piylənməyə qarşı yeni üsul kəşf etdilər - arıqlamağa kömək edir
09:16, Bu gün
Bu gün üç rayonda qaz olmayacaq
09:08, Bu gün
Ronaldu, yoxsa Messi?
09:03, Bu gün
Dənizdə itkin düşən 5 futbolçudan ikisi tapılmayıb
09:00, Bu gün
Sumqayıt sakinləri söküntüdən narazıdır - Rəsmi açıqlama
08:57, Bu gün
Xəzərin Bakı sahillərində balıqların kütləvi ölümü: Səbəb nədir? - AÇIQLAMA
08:51, Bu gün
Bu dərmanlar beyni kiçildir - ŞOK ARAŞDIRMA
08:48, Bu gün
Britaniyanın yeni xarici işlər naziri Çinə Rusiya ilə əməkdaşlığı barədə xəbərdarlıq etdi...
08:43, Bu gün
“Üzümdəki qəlpə izlərini tatuya bənzədirdilər, döyüşlərdə yaralandığımı bilən kimi üzr istəyirdilər”
08:39, Bu gün
Dünyanın ən qorxulu yerləri- İLAN ADASI, CƏHƏNNƏM QAPISI- FOTOLAR
08:28, Bu gün
Dünyanın ən xoşbəxt ölkəsi - FOTO
08:22, Bu gün
Şuşaya işləməyə gedirdilər - xəstəxanaya düşdülər
08:15, Bu gün
Avtobuslarda kart sisteminə keçid niyə bitməyib? - VİDEO
08:11, Bu gün
Rusiyada məzun gecəsində valideynlər Rusiya himni çalınanda ayağa qalxmadı...-VİDEO
08:08, Bu gün
Gürcüstanın xarici borcu bu qədər imiş...
07:47, Bu gün
“TDT yaxın gələcəkdə dünyanın ən qüdrətli təşkilatlarından birinə çevriləcək”
07:43, Bu gün
Orban Pekinə gəldi və belə qarşılandı...-FOTO
07:41, Bu gün
Ukrayna nə vaxt NATO-ya qəbul ediləcək? - Stoltenberqdən 2 fərqli AÇIQLAMA
07:29, Bu gün
Hökümət qərar verdi - 40 min məhbusu azad edəcək
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 23:29
Ermənistanda zəlzələ oldu
07 Jul 2024 | 23:05
"Le Penin Fransanın Ukraynaya yardımı ilə bağlı bəyanatı çaşqınlıq yaradıb" - CNN
07 Jul 2024 | 22:35
Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar
07 Jul 2024 | 22:27
Samsungun ağıllı üzüyünün qiyməti məlum oldu
07 Jul 2024 | 22:22
Fransanın ən böyük muzeylərindən biri BAĞLANDI
07 Jul 2024 | 22:18
Gürcüstanın xarici borcu AÇIQLANDI
07 Jul 2024 | 22:13
Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 21:46
Azərbaycanın ümidi bu şahmatçılaradır - Olimpiada BAŞLAYIR
07 Jul 2024 | 21:31
III Milli Yaylaq Festivalı başa çatıb
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 21:17
Siqaret yaddaş və düşüncə pozğunluğunu 85 % sürətləndirir
07 Jul 2024 | 21:15
Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO
07 Jul 2024 | 21:14
Kondisioner necə təmizlənir?
07 Jul 2024 | 21:08
Misir Sudan böhranının siyasi həllini dəstəkləyir
07 Jul 2024 | 21:04
HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqləyib
07 Jul 2024 | 21:03
"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub
07 Jul 2024 | 20:48
Ermənipərəst deputatdan AÇIQLAMA
07 Jul 2024 | 20:40
Evi qanunsuz sökülən qadınla bağlı SON XƏBƏR
07 Jul 2024 | 20:35
Yatmazdan öncə balqabaq tumu yeməyin 15 faydası
07 Jul 2024 | 20:30
Ərdoğan: Pezeşkian Azərbaycan türküdür
07 Jul 2024 | 20:24
“Mən sağlığında bütün sözləri İlhamənin üzünə demişəm” – VİDEO
07 Jul 2024 | 20:18
Paşinyan tələyə salınır: Qərbin çirkin planları üzə çıxır
07 Jul 2024 | 20:17
Rəhim Rəhimlidəndən danışıb AĞLADI - VİDEO
GÜNLÜK
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 15:17
Bakıda taksi fəaliyyəti ilə bağlı son vəziyyət necədir?
07 Jul 2024 | 15:54
"İranın yeni islahatçı prezidenti kimdir və o, ölkəsinə və dünyaya nə vəd edir?" - BBC
07 Jul 2024 | 13:19
Bir gündə 49 nəfər suda batdı
07 Jul 2024 | 17:31
Ərdoğan: "Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq"
07 Jul 2024 | 12:40
QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
07 Jul 2024 | 13:00
Biləsuvarda 35 yaşlı kişi avtomobilində güllələndi
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 15:25
Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib
HƏFTƏLİK
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
04 Jul 2024 | 07:17
"Azərbaycan bayrağı addım-addım irəliləyir..."- Vardanyan...- FOTO
AYLIQ
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 15:17
Bakıda taksi fəaliyyəti ilə bağlı son vəziyyət necədir?
07 Jul 2024 | 15:54
"İranın yeni islahatçı prezidenti kimdir və o, ölkəsinə və dünyaya nə vəd edir?" - BBC
07 Jul 2024 | 13:19
Bir gündə 49 nəfər suda batdı
07 Jul 2024 | 17:31
Ərdoğan: "Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq"
07 Jul 2024 | 12:40
QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
07 Jul 2024 | 13:00
Biləsuvarda 35 yaşlı kişi avtomobilində güllələndi
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 15:25
Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib