Qan xəstəsi olan uşaqların valideynlərindən alınan 1 milyonu kim “yeyib”...
Kriminal
Oxunub: 1358
02 Jul 2024 | 14:00
Qan xəstəsi olan uşaqların valideynlərindən alınan 1 milyonu kim “yeyib”...
Sabah, iyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
 
Hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
 
Proses hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.
 
Ötən prosesdə Aysel Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.
 
A.Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında kəskin ziddiyyətlər olub.
 
Aysel Məmmədova ilk ifadəsində bildirib ki, zərərçəkmiş Zeynəb Qasımovdan 25 min manatı gözəllik salonunda alıb və "Çinar Plaza"da Nuridə Seyidovaya verib:
 
"Həmin vaxt Nuridə də pulun üstünə 5 min manat qoyub və 30 min manatı mənə verdi ki, Mərkəzi Klinik Mərkəzə köçürüm. Mən də həmin pulu xəstənin əməliyyat olunması üçün mərkəzə köçürdüm".
 
Aysel Məmmədovanın sözlərinə görə, zərərçəkmiş Nərgiz Mahmudova ilə Şəbnəm adlı şəxs vasitəsilə tanış olub və Nərgiz Mahmudovadan 9 min manat alaraq Toğrula verib:
 
"Toğrul da pulu saydı, düz olduğunu dedi. Bundan sonra Nuridə dedi ki, həmin 9 min manatdan 1000 manatı Şəbnəmə verək. Mən də 1000 manatı Şəbnəmə verdim. Qalan pul Nuridənin siyirtməsində qaldı".
 
Məhkəmədə Aysel Məmmədova bu ifadəsini təsdiqləməyib. Bildirib ki, ona ifadəsini imzalamaq tapşırılıb, o da imzalayıb. Hakim niyə görə ifadəsini imzaladığını soruşub. Aysel Məmmədova deyib ki, ona işdə şahid qismində qalacağına dair söz veriblər, buna görə də belə bir ifadəsinə imza edib.
 
Daha sonra Aysel Məmmədovanın digər ifadəsi elan edilib. O, həmin ifadəsini də təsdiqləməyib. Hakim Nuridə Seyidovaya sərbəst ifadə verməyi təklif edib. Nuridə Seyidova hazırda səhhəti ilə bağlı ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, özünü yaxşı hiss etmir. O, xəstə olduğunu deyib.
 
Hakimin təqsirləndirilən şəxsin sərbəst ifadə vermək istəməməsinə münasibəti belə olub:
 
"Pulları alıb sayanda xəstəliyiniz yadınıza düşmürdü. İndi burada deyirsiz ki, xəstəsiz. Yüz minlərlə pulları camaatdan alanda, sayanda özünüzü xəstə bilmirdiniz. Bəs indi nə oldu?"
 
Nuridə Seyidova növbəti prosesdə ifadə verəcəyini bildirib. Hakim Nuridə Seyidovanın ifadə verməyəcəyi təqdirdə onun istintaqdakı ifadələrinin məhkəmədə elan olunacağını deyib.
 
Təqsirləndirilən Aynur Bayramovanın vəkili deyib ki, müdafiə etdiyi şəxsin səhhəti ağırdır:
 
"Bu işə vicdanla münasibət bildirin. Aynur Bayramova ölümə tərk edilib".
 
Zərərçəkən Sahid Mövsümov məhkəmənin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslərin pullarını aldıqları uşaqlardan üçü artıq vəfat edib:
 
"Talassemiya xəstəsi olan Vilayətin valideynindən 25 min dollar almışdılar. O uşaq da vəfat etdi. Həmin uşağın atası da öldü. İndi bunlar özlərini burada xəstəliyə vurublar. Allaha and olsun bu adamlar məndən pul alanda sap-sağlam idilər. İndi özlərini artistliyə vurublar".
 
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
 
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talassemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatların ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
 
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyənin Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda sonuncu ona səbrli olmağı məsləhət görüb.Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
 
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400 manat, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500 manat, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsait alaraq dələduzluq ediblər.
 
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.
 
O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. /Musavat.com/
 
Oxşar xəbərlər
18:02, Bu gün
ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb - FOTOLAR
17:57, Bu gün
Bu il BDU-nun SABAH qruplarını 244 məzun bitirir - FOTO
17:52, Bu gün
“Quality Beachlə tanış olun: Möhtəşəm Yeni Çimərliyin Açılışı!”
17:47, Bu gün
Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? - RƏSMİ
17:42, Bu gün
FHN-də COP29-la bağlı qərargah yaradıldı
17:37, Bu gün
Azərbaycan dili fənni üzrə keçirilən imtahanın nəticələri açıqlandı
17:32, Bu gün
Əhməd Əhmədovun adı sirr kimi saxlanılan hüquqi varisi odur – ADI BU YAZIDA  
17:26, Bu gün
Azərbaycana qarşı qərəzli kampaniya: Bakı bunu dəf edəcək - ŞƏRH + FOTO
17:24, Bu gün
"Amerikalı astronavtlar həqiqətən Aya eniş edibmi?" - "Roskosmos" rəsmən açıqladı
17:21, Bu gün
İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət etdi
17:20, Bu gün
İşıq 1 ayda 10 dəfədən artıq söndürülsə, paylayıcı şirkət istehlakçıya cərimə ödəyəcək...-İBRƏTAMİZ
17:15, Bu gün
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNİB + FOTO
17:10, Bu gün
Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərə biləcəklər
17:05, Bu gün
Müsavat seçkilərlə bağlı qərarını açıqladı
17:00, Bu gün
İlham Əliyevin iştirak etdiyi ziyafətdə “Ey Vətən” səsləndi - VİDEO
16:55, Bu gün
Anar Cəbrayıllı vəzifəsindən uzaqlaşdırılıb?
16:50, Bu gün
Nazirlikdən bu insanlara XƏBƏRDARLIQ: Sabah...
16:45, Bu gün
ADP Ali Məclisinin sessiyası keçirilib
16:40, Bu gün
UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq
16:35, Bu gün
Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?  
16:30, Bu gün
Qazax müxalifət fəalı Kiyevdə reanimasiyada dünyasını dəyişib, həyat yoldaşı Tokayevi təqsirli bilib
16:25, Bu gün
BDU-nun əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi-təcrübə proqramında iştirak edib - FOTO
16:22, Bu gün
Merih Demiralla bağlı qalmaqala görə Türkiyə səfiri Berlinə çağırılıb
16:20, Bu gün
Putindən MÜHÜM MESAJ: İstanbul razılaşmaları...
16:15, Bu gün
Roman Qureviç: "İrəvanın davranışı yəhudilərin Ermənistana qarşı münasibətini yaxşılaşdırmır"
16:09, Bu gün
Zakir Həsənov və Kərim Vəliyev təlimləri izlədilər - FOTOLAR
16:05, Bu gün
Qəzzada ölən fələstinlilərin sayı AÇIQLANDI
16:00, Bu gün
Sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar araşdırma aparılıb - DETX
15:57, Bu gün
Azərbaycan Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib - FOTO
15:55, Bu gün
Nura Suri niyə verilişlərə getmir? - Səbəbini açıqladı
15:52, Bu gün
BDU-nun ictimai həyatında fəal iştirak edən könüllülər təltif olunublar - FOTO
15:50, Bu gün
İsraildə Qərbi Nil qızdırması virusu yayılmaqdadır, insanlar tələf olmaqda davam edir
15:47, Bu gün
“iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutub - FOTO
15:45, Bu gün
Bakıda 55 yaşlı kişi ocaqda yanaraq öldü
15:40, Bu gün
Pakistan ŞƏT Hökumət Başçıları Şurasının iclasını keçirəcək - FOTO
15:36, Bu gün
Azərbaycanda iki general ehtiyata buraxıldı
15:30, Bu gün
“Tezliklə daha çox soydaşımız Qarabağa qayıdacaq”
15:25, Bu gün
Bu rayonlarda 3 gün qaz olmayacaq
15:20, Bu gün
Çinlə Birgə Bəyannamə: Qərblə Şərq arasında mövqeyin göstəricisi - TƏHLİL + FOTO
15:15, Bu gün
Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirildi - FOTOLAR
15:09, Bu gün
Azərbaycan XİN ABŞ-ni təbrik etdi - FOTO
15:03, Bu gün
Ceyhun Musaoğluna vəzifə verildi
14:58, Bu gün
"NATO Ukraynaya ildə 40 milyard avro məbləğində hərbi yardım ayıracaq" - "Reuters"
14:54, Bu gün
Böyük Britaniyanın baş naziri efirə girmək üçün çılpaq modeli belə gözlədi - ŞOK FOTO
14:48, Bu gün
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yeni TƏYİNAT - FOTO
14:40, Bu gün
Vatikan 15 yaşlı yeniyetməni yeni ikon elan edir - FOTO
14:36, Bu gün
İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak etdi
14:32, Bu gün
STM: Respondentlərin 83,8 %-i Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyib
14:28, Bu gün
Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 illik yubileyi münasibətilə tədbir keçirilib
14:27, Bu gün
Səbail rayonunda 2 küçənin təmiri yekunlaşıb - FOTO/VİDEO
14:22, Bu gün
Qırğızıstan prezidenti Azərbaycana gələcək
14:18, Bu gün
Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlandı
14:15, Bu gün
Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir
14:10, Bu gün
Nanə Ağamalıyeva ATV-dən ayrılır? - AÇIQLAMA
14:05, Bu gün
Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: "Şərt qoydu ki, mənimlə də..." – ŞOK
14:01, Bu gün
Dəfələrlə evdən qaçan yeniyetmənin ailəsi tüfeyli həyat tərzi keçirir: Atası intihara cəhd edib
13:57, Bu gün
Türkiyədə suriyalılara qarşı prosesdə “üçüncü qüvvə”nin iştirakı varmı – RƏY
13:53, Bu gün
Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin səbəbi nədir? - FOTO
13:50, Bu gün
Azərbaycanda "halal hotel" sertifikatı veriləcək
13:46, Bu gün
Milli Məclisin deputatları Çinə səfər edəcəklər
13:40, Bu gün
Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər - FOTO
13:35, Bu gün
ŞƏT sammitində 25 sənəd imzalandı
13:30, Bu gün
Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək
13:25, Bu gün
ŞƏT-ə sədrlik Çinə keçir
13:21, Bu gün
Türkiyədə erməni yalanlarını təbliğ edən radionun yayımı dayandırıldı - FOTO
13:16, Bu gün
"Mançester Siti"nin qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçir
13:09, Bu gün
“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib
13:07, Bu gün
Sabah rayonlarda şimşək çaxacaq, yağış yağacaq
13:03, Bu gün
5 ailə üzvünü öldürən Əhməd Əhmədov ifadə verməkdən imtina etdi
12:57, Bu gün
Tanınmış oftalmoloqu maşın vurdu
12:52, Bu gün
Əhmədin məhkəmə istintaqı başladı - Prokuror ittihamı açıqlayır - FOTO/VİDEO
12:47, Bu gün
Azərbaycan təmsilçiləri Rusiyadakı turnirdə daha iki medal qazanıblar
12:40, Bu gün
Bakıda qadın həkimlə səmimi anlarını GÖRÜNTÜLƏDİ - 42 min istədi (ŞOK FAKTLAR)
12:36, Bu gün
Üsküdar Universitetinin rektoru "ARB 24" və BDU-nun "NewsLab" təlim proqramının iştirakçıları ilə görüşüb - FOTO
12:32, Bu gün
İlham Əliyev Astanadakı "Müstəqillik" Sarayında - CANLI
12:28, Bu gün
ŞƏT-in iclasında İranın nümayəndəsi masanın üzərinə Rəisinin fotosunu qoyub - VİDEO
12:24, Bu gün
ŞƏT sammitində Astana Bəyannaməsi imzalandı
12:20, Bu gün
Laçının yenilənən Sus kəndi… - VİDEO
12:18, Bu gün
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
12:16, Bu gün
Bu rayonlara yağış yağdı - FAKTİKİ HAVA
12:12, Bu gün
Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar - FOTO/VİDEO
12:08, Bu gün
Kürdəmirdə ağır qəza: Pakistan vətəndaşı öldü
12:04, Bu gün
“İnqilab olmayıb, ya quruluş dəyişməyib ki...” - Siyavuş Novruzovdan maraqlı açıqlamalar
12:00, Bu gün
ŞƏT-in antiterror strukturu universal mərkəzə çevriləcək
11:55, Bu gün
Qarabağ gənclər məkanına çevrilə bilər - reallıq və imkanlar
11:53, Bu gün
"Qalatasaray"ın futbolçusu İtaliya klubuna keçir
11:50, Bu gün
"Bayden uğursuz debatlardan sonra seçkilərdə iştirakı üzərində düşünür" - "The New York Times" 
11:45, Bu gün
TƏCİLİ! Məktəblərdə mühüm DƏYİŞİKLİK - RƏSMİ
11:42, Bu gün
Peşə liseyində BİABIRÇILIQ: SAXTA ƏMR QALMAQALI- FOTO
11:40, Bu gün
DİN evi sökülən vətəndaşın iddialarına münasibət bildirdi
11:37, Bu gün
İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir
11:34, Bu gün
Azərbaycanın voleybol milliləri Türkiyədəki turnirə qatılacaqlar
11:29, Bu gün
Azərbaycanda qadın hamamda DƏHŞƏT YAŞADI - Əri ona görün nə etdi
11:25, Bu gün
Nanə Ağamalıyeva iş yerini dəyişir: ATV-də ayrılıq
11:20, Bu gün
Qəbul imtahanlarının vaxtı açıqlandı
11:16, Bu gün
Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub
11:13, Bu gün
“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim etdi
11:11, Bu gün
Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə QƏRARLAR VERDİ
11:08, Bu gün
“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır
11:05, Bu gün
Qızını Çinə, oğlunu isə Avropaya göndərir
GÜNLÜK
06:40, Bu gün
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
00:41, Bu gün
"Day-daylı" xanım sürücüyə maşını verən şəxsin kimliyi məlum oldu
03 Jul 2024 | 18:35
Bu hadisə tanınmışları özündən çıxardı: “Allahdan qorxsunlar!”
03 Jul 2024 | 19:24
Dənizə gedərkən özümüzlə yeməyə nə aparaq? – Mütəxəssis açıqlayır
03 Jul 2024 | 20:23
Azərbaycanda manatın məzənnəsi - VACİB XƏBƏR
03 Jul 2024 | 18:45
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü - FOTOLAR
03 Jul 2024 | 18:34
Avropadan meyxanaçılarımıza iş təklifi - Onlar 150 minlik maşını necə alırlar?
03 Jul 2024 | 18:30
Azərbaycanın ŞƏT Sammitində iştirakı bizə nə qazandırır?- EKSPERT AÇIQLADI
03 Jul 2024 | 21:43
İnfarktın qarşısını alan sadə üsul
03 Jul 2024 | 18:20
Nəzrin Mərdanla heç yerdə olmayan görüntülərini paylaşdı - VİDEO
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
29 Jun 2024 | 10:30
Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də "daş dövrüdür" - ŞİKAYƏT-VİDEOLAR+ÖZƏL
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
AYLIQ
06:40, Bu gün
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
00:41, Bu gün
"Day-daylı" xanım sürücüyə maşını verən şəxsin kimliyi məlum oldu
03 Jul 2024 | 18:35
Bu hadisə tanınmışları özündən çıxardı: “Allahdan qorxsunlar!”
03 Jul 2024 | 19:24
Dənizə gedərkən özümüzlə yeməyə nə aparaq? – Mütəxəssis açıqlayır
03 Jul 2024 | 20:23
Azərbaycanda manatın məzənnəsi - VACİB XƏBƏR
03 Jul 2024 | 18:45
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü - FOTOLAR
03 Jul 2024 | 18:34
Avropadan meyxanaçılarımıza iş təklifi - Onlar 150 minlik maşını necə alırlar?
03 Jul 2024 | 18:30
Azərbaycanın ŞƏT Sammitində iştirakı bizə nə qazandırır?- EKSPERT AÇIQLADI
03 Jul 2024 | 21:43
İnfarktın qarşısını alan sadə üsul
03 Jul 2024 | 18:20
Nəzrin Mərdanla heç yerdə olmayan görüntülərini paylaşdı - VİDEO