Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
Kriminal
3022
16 Apr 2024 | 16:25

Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçiriblər.
 
Bu barədə Daxili İşlər Nazirliyindən Moderator.az-a bildirilib.
 
Vurğulanıb ki, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.
 
Onlardan və Masazır qəsəbəsində narkotik anbarı kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, iki kiloqram heroin və iki kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.
 
“R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı, “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə xəbər verməli imişlər”, - məlumatda qeyd olunub.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Link kopyalandı!
Son xəbərlər