Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi - YENİLƏNİB
Kriminal
2470
02 Mar 2024 | 13:10

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi - YENİLƏNİB

Qobustandakı qətllə bağlı cinayət işi açılıb.
 
Qobustan Rayon Prokurorluğundan Moderator.az-a verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Saxlanılan Mürsəl Cabbarova polis müşayiəti altında xəstəxanada tibbi yardım göstərilir.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
 
12:20
 
Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
 
Araşdırma aparılır.
 
Xatırladaq ki, bu gün gecə saatlarında Yevlax rayonunda da 37 yaşlı qadın qətlə yetirilib. Qadının əri şübhəli şəxs qismində saxlanılıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər