Britaniya vətəndaşından şantajla 205 min alan qadınlara hökm oxundu
Kriminal
2259
14 Feb 2024 | 16:26

Britaniya vətəndaşından şantajla 205 min alan qadınlara hökm oxundu

Bakıda özəl şirkətdə işləyən Böyük Britaniya vətəndaşını şantaj edən qadınların cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 
Hökmə əsasən, E. Nəsrəddinova 11 il, Y. Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
 
Qeyd edək ki, qadın müttəhimlər ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar.
 
Nəsrəddinovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə), 178.3.2 (dələduzluq-külli miqdarda törədildikdə), (təkrarən və xeyli miqdarda dələduzluq) maddələri, Y. Məmmədovaya isə 178.2.1 (dələduzluq-qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər