Kənddə rüsvayçılıq: "Evdə tək idim, gəldi, dedi, mən deyəni etməsən..." – ŞOK
Oxunub: 2334
12 Feb 2024 | 16:15
Kənddə rüsvayçılıq:
Qax rayonunda 1991-ci il təvəllüdlü Cabbar qısqanclıq zəminində yaranan mübahisə zamanı qohumu Qasımı (adlar şərti verilib – red.) güllələyib.
 
Hadisə ötən il iyulun 18-də Qax rayonunun kəndlərindən birində baş verib. Cabbar həmin gün saat 22.20-də kənddəki “Göllər” adlanan ərazidə olan torpaq yolda qohumu Qasımla mübahisə edib.
 
Mübahisə zamanı Cabbar özünə məxsus ov silahı ilə bir dəfə yerə, bir dəfə isə Qasımın sol diz nahiyəsinə atəş açaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
 
İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
“Xəyanət etməsindən şübhələndim”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ittiham üzrə özünü təqsirli bilib.
 
O bildirib ki, zərərçəkmiş Qasım onun əmisinin nəvəsidir: "11 iyul 2020-ci ildə Asiya ilə evlənmişəm. Birgə nikahdan bir qız övladımız doğulub. Arvadımla münasibətlərimiz əvvəllər normal olsa da, sonradan o, səbəbsiz mənimlə mübahisə etdiyi, məndən ayrılacağı, evdən gedəcəyini dediyi üçün onun xəyanət etməsindən şübhələndim. Qeyd olunan səbəblərdən münasibətlərimiz pozulmağa başladı”.
 
“Telefonu yoxlayanda məlum oldu ki...”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin yanvarında arvadı Asiyanın ona xəyanət etməsi haqda məlumat verdikdən sonra qadının valideynləri, qohumları, habelə əmisi nəvəsi Qasım yaşadıqları evə gəliblər: “Məhz Qasımla söhbətindən sonra Asiya məndən boşanmaq fikrindən daşındı. Bu səbəbdən arvadımın Qasımla sevgi münasibəti olmasından şübhələndim. Asiyanın mobil telefonunu yoxlamağa başladım.
 
Telefonda Qasıma məxsus mobil telefon nömrəsinin onun anası Aytənin adı ilə qeydə alındığını gördüm. Bunun səbəbini soruşdum.
 
Asiya Aytənin ona bu mobil telefon nömrəsindən zəng etdiyini, bu səbəbdən nömrəni göstərilən adla qeyd etdiyini dedi. Telefonunun “Getcontact” tətbiqində axtaran zaman Qasıma məxsus nömrənin axtarıldığını aşkar etdim. Bu, Asiyanın Qasımla sevgi münasibəti saxladığına məndə əminlik yaratdı”.
 
“Cinsi əlaqədə olduqlarını öyrəndim”
 
Cabbarın sözlərinə görə, bundan sonra Asiyanın xahişilə yeni mobil telefon nömrəsi alaraq Asiyaya verib: “Bir müddət sonra, 2023-cü ilin iyul ayında arvadım Asiya Qax rayonunun Ağyazı kəndində yerləşən MMC-də işləmək istədiyini bildirdi. Mən də razılıq verdikdən sonra arvadım həmin müəssisədə işləməyə başladı”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 17-də anası Lətifənin deməsinə əsasən, arvadı Asiyanın işlədiyi müəssisədə çalışan Kənanla münasibətinin olmasını öyrənib: “Ətraflı məlumat almaq məqsədilə iyulun 18-də arvadımla söhbət edən zaman onun səsyazısını qeydə aldım. Söhbət əsnasında Asiya Kənanla yazışdığını etiraf etdi.
 
Söhbət zamanı o da məlum oldu ki, 13 fevral 2022-ci ildə Qasım Asiyanın müəyyən şəxslərlə sevgi münasibəti barədə məlumatları yayacağı ilə onu hədələyib, bu səbəbdən Asiya Qasımla yazışmağa, daha sonra danışmağa başlayıb, ardınca məcburi şəkildə görüşüb və cinsi əlaqədə olub”.
 
“Silahı hazır vəziyyətə gətirdim”
 
Cabbarın ifadəsinə görə, arvadı Asiyanın etirafları barədə onun valideynlərinə və qohumlarına məlumat verib: “Asiya onların yanında da mənə xəyanət etdiyini etiraf etdi. Mənim tələbimlə Asiya evi tərk etdikdən sonra onun xəyanətindən əsəbləşdim. Münasibətləri aydınlaşdırmaq üçün Qasımla görüşmək qərarına gəldim. Avtomobilimin baqajında ov tüfəngi olduğunu xatırladım. Qasımı əlil etmək məqsədilə diz nahiyəsinə atəş açmağı düşündüm.
 
Baqajdan silahı götürdüm, 19 patrondan 2-sini silaha yerləşdirdim. Qalan patronları maşının baqajına, hazır vəziyyətə gətirdiyim silahı isə maşının arxa oturacağına qoydum.
 
Bir müddət sonra Qasımla əlaqə saxladım və onu avtomobilə əyləşdirdim. Birlikdə “Göllər” adlanan yerə tərəf getdik. Yolun kənarında maşını saxladım. Əvvəlcə avtomobildən çıxaraq silahı arxa oturacağın üzərindən götürdüm. Daha sonra Qasım mənim tələbim ilə maşından çıxdı”.
 
“Diz çökməsini tələb etdim”
 
Cabbar qeyd edib ki, söhbət əsnasında Qasımı təhqir edib, arvadı Asiya ilə aralarında baş verənlərdən xəbəri olduğunu deyib, hər şeyi boynuna almağı tələb edib: “Qasımdan qarşımda diz çökməyi tələb elədim. O, məsələnin başqa şəkildə olduğunu deyərək sakitəşməyimi istədi.
 
Qasımın diz çökmədiyini görəndə silahdan yerə atəş açdım. Qaçmaq istəyəndə onu əlil etmək məqsədilə sol diz nahiyəsinə atəş açdım. Qasım yerə yıxıldı. Bundan sonra silahın arxa tərəfi ilə, yumruq və təpiklə Qasımın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Bu vaxt Vüsal və Valid yaxınlaşaraq məni kənara apardılar. Onlardan biri silahı əlimdən aldı. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək törətdiyim hadisə barədə məlumat verdim”.
 
İş üzrə zərərçəkmiş Qasımın sözlərinə görə, təqsirləndirilən Cabbarın arvadı Asiya ilə heç vaxt cinsi əlaqədə olmayıb: “Asiya mənə böhtan atır. İyulun 18-də Cabbar zəng edərək görüşməli olduğumuzu bildirdi. Mən də razılaşdım. Cabbarın avtomobilinə əyləşdim. Bir müddət hərəkət etdikdən sonra saat təxminən 22.30-da o, avtomobili yolunun kənarında saxladı. Məndən avtomobildən çıxmağımı tələb etdi.
 
Mən avtomobildən çıxdıqdan sonra Cabbar arxa oturacağının üzərindən ov tüfəngini götürdü. Məni təhqir edərək arvadı ilə aramızda sevgi münasibətinin olduğunu dedi. Mən bunu inkar etdim. Cabbar bir dəfə atəş açdı. Güllədən çıxan qırmanın bir hissəsi ayağıma dəydi.
 
Silahı Cabbarın əlindən almağa çalışanda sol diz nahiyəmə atəş açdı, mən yerə yıxıldım. Cabbar tüfəngin qundağı və digər hissələri ilə baş, bel nahiyələrimə zərbələr vurdu. Vüsal və Valid oraya gələrək Cabbarı kənara apardılar. Məni Qax Rayon Mərkəzi Xəstəxanasına apardılar”.
 
“Cinsi əlaqədə olmağı tələb etdi”
 
İş üzrə şahid qismində dindirilən Asiyanın sözlərinə görə, təqsirləndirilən Cabbar onun əri, zərərçəkmiş Qasım isə ərinin əmisi nəvəsidir: “11 iyul 2020-ci ildə Cabbarla evlənmişəm və bu nikahdan bir qız övladımız doğulub. 2023-cü ilin martından etibarən Qasımın təklifi ilə vatsap vasitəsilə bir-birimizə mesajlar yazmışıq. O mənə sevgi münasibətində olmağı təklif etsə də, mən razılaşmadım.
 
2023-cü ilin martında yaşadığım evdə tək olan zaman Qasım bizə gəldi. Mənə Telmanla əlaqəm olduğunu bildirərək həmin məlumatları yayacağı ilə hədələdi, cinsi əlaqədə olmağı tələb etdi. Mən də heç nə deməyərək Qasımla könüllü cinsi əlaqədə oldum.
 
Həmin vaxtdan sonra uzun müddət ərzində Qasımla əlaqə saxlamadım. Aprelin 1-də yaşadığım evdə olan zaman Qasım gəldi və onun təklifi ilə cinsi əlaqədə olduq.
 
Qasım bu barədə kiməsə nəsə deyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Bu səbəbdən heç kəsə heç nə demədim".
 
“Etiraf etdim”
 
Asiyanın ifadəsinə görə, iyunun 1-dən başlayaraq Qax rayonunun Ağyazı kəndində yerləşən MMC-də işləməyə başlayıb: “MMC-də işləyən Kənanın mütəmadi olaraq mənə tərəf baxmasından rahatsız oldum. İş yoldaşım vasitəsilə bu barədə Kənana bildirdim.
 
Kənanla heç vaxt telefonda danışmamışam, yazışmamışam. Kənanla, habelə Telmanla aramızda sevgi münasibəti olmayıb. İyulun 18-də Cabbarla söhbətdə Qasımla aramızda baş verənləri etiraf etdim. Lakin Kənanla heç bir əlaqəmin olmadığını dedim.
 
Cabbar olanları anama xəbər verdi. Mən də anamla birlikdə həmin evi tərk edərək getdim. Sonradan Cabbarın ov tüfəngi ilə Qasımı vuraraq xəsarət yetirdiyini eşitdim”.
 
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cabbar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Zərərçəkmiş Qasımın aldığı xəsarətlərdən sonra səhhətində yaranmış problemlə bağlı təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddiası qismən təmin edilib. Təqsirləndirilən şəxsdən 10 min 807 manat tutularaq zərərçəkmişə ödənilməsi barədə hökm çıxarılıb. /Teleqraf.com/
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO