Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb
2021
17 Jan 2024 | 18:30

Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb

Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər