![Biləsuvarda kişi ona nisyə siqaret verməyən satıcını döydü - TƏFƏRRÜAT](https://moderator.az/cphoto/670x420/2023/11/29/1701278689_e7a11610-4c0b-4909-98bf-dfca83822887_850.jpg)
Biləsuvar rayonunda 1989-cu il təvəllüdlü Əsəd mağazada satıcı işləyən Fəridə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə bu ilin fevralın 8-də Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən marketdə baş verib.
Əsəd həmin marketdə satıcı işləyən həmkəndlisi Fəridin iş yerinə gedib. Aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunu onun ünvanına xoşagəlməz ifadələr işlədərək təhqir etməsinə görə aralarında mübahisə baş verib.
Mübahisə zamanı Əsəd şillə, yumruq və təpik ilə Fəridi vurub.
Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Fəridi tanıyır və onlar arasında əvvəllər ədavət və ya düşmənçilik olmayıb:
“Fevralın 8-də, saat 16 radələrində Fəridin işlədiyi mağazaya getdim. Ondan nisyə siqaret istədim. Fərid isə mənə nisyə siqaret verməkdən imtina etdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Fərid mənə nalayiq sözlər dediyi üçün onun üz nahiyəsindən əvvəlcə bir şillə vurdum. Marketdən çıxmağını tələb edərək ondan marketin açarlarını aldım. Bu zaman Fərid təkrar söyüş söydüyü üçün onun üzərinə getdim. Bir yumruqla Fəridin sol gicgah nahiyəsinə zərbə vurdum. Mübahisə baş verən zaman Fərid əyildiyi üçün bir təpik onun alın nahiyəsindən vurdum. Bundan sonra mağazaya müştəri qismində daxil olmuş 2 nəfər tanımadığı şəxs bizi ayırdı. Bizim aramızda mübahisə bitdikdən sonra hadisə yerini tərk etdim və birbaşa evimə getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, Biləsuvar rayonunda özünə aid iş tapa bilmədiyinə və Rusiya Federasiyasının Dağıstan Respublikasından ona iş təklifi gəldiyinə görə 2023-cü ilin martında işləmək məqsədilə Dağıstana gedib:
“Sentyabr ayınadək orada işlədim. Buna görə də barəmdə axtarış elan olunmasından məlumatsız olmuşam. Zərərçəkmiş şəxslə barışdığıma görə, güman etmişəm ki, barəmdə olan cinayət işinin icraatına iştirakım olmadan da xitam veriləcək. Lakin Rusiya Federasiyasının miqrasiya qanunlarına görə 22 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasına qayıdarkən hava limanında saxlanıldım. Bu zaman barəmdə axtarış elan edilməsindən xəbər tutdum”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əsəd 1000 manat məbləğində cərimə olunub.
![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB](https://moderator.az/photo/213x120/2024/07/27/1722031902_c9d782bd-fca2-375b-bb80-7bcbd6848d40_850.jpg)
![Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ](https://moderator.az/photo/213x120/2024/07/27/1722032301_634058b7926fd202210224959.jpg)
![Kral III Çarlz Muxtar Babayevi qəbul edib](https://moderator.az/photo/213x120/2024/07/27/1722031387_bdd6236a-55dc-323a-a346-189fa43d0227_850.jpg)
![Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722026407_nh0augyfg4kwilalfnwldeatb3fjjxnt6djazalu_1200.webp)
![Akif Nağının imzaları təqdim olundu](https://moderator.az/photo/213x120/2024/07/27/1722025198_350978782_765918401875518_1222997874362918250_n.jpg)
![Qatardan qalan adam - Anarın yeni hekayəsi](https://moderator.az/photo/213x120/2024/07/26/1722023383_2.jpg)
![Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722022677_66a3f6920b5c266a3f6920b5c3172202152266a3f6920b5c066a3f6920b5c1.jpg)
![Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722022685_1.jpg)
![İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib](https://moderator.az/photo/213x120/2024/07/26/1722021579_268705_gvplqhuujd.jpg)
![Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?](https://moderator.az/photo/213x120/2024/07/26/1722020809_ukrayna-abs.jpg)
![Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722020565_zeherli-madde.jpg)
![Əfşar Temuçin vəfat etdi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722020037_efsar-temucin.jpg)
![Ad günü məclisində qan düşdü](https://moderator.az/photo/213x120/2024/07/26/1722019641_nwjrhj0qq4fhzdvy4l4huzcsqp8sjjnbtqf2s2to_1200.webp)
![Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün](https://moderator.az/photo/213x120/2024/07/26/1722019591_photo_97099_08-12-2023_13-27-49jpg-1720840772_26-07-2024_17-06-40.jpg)
![Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!](https://moderator.az/photo/213x120/2024/07/26/1722019442_jiquli.jpeg)
![Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR](https://moderator.az/photo/213x120/2024/07/26/1722019194_repci-qeza-kecirdi.jpg)
![Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər](https://moderator.az/photo/213x120/2024/07/26/1722018434_qpdn8t4pchko5lnd7ai23bfznv5uuq7i3mviwuuf_1200-1.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722018560_komputer_notbuk_a3.jpg)
![Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə](https://moderator.az/photo/213x120/2024/07/26/1722018328_encir.jpg)
![Rusiya Yutubu bloklamaq qərarı verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722016647_youtube.jpg)
![Ən bahalı hamburger: 9 min manata satılıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722016454_burger.jpg)
![Röya rəqsi ilə diqqət çəkdi – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/26/1722015771_rya.jpeg)
![Gün ərzində nə qədər şokalad yemək olar?](https://moderator.az/photo/213x120/2024/07/26/1722015372_sokolad.jpg)
![AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722015138_ab.jpg)
![Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR](https://moderator.az/photo/213x120/2024/07/26/1722014711_1722012922_1504550.jpg)
![Hərbi Gürcüstan yolu selə görə bağlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722014694_herb-gurcustan-yolu.jpg)
![IV qrupun lideri olan Nuray - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722014441_1722013820_424510817_0_62_3071_1789_1920x0_80_0_0_003d2320352b9de786f114dd022d5dba-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722014203_peskov24389.jpg)
![Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub](https://moderator.az/photo/213x120/2024/07/26/1722014186_yagisli_hava_0582.jpg)
![Qəbul imtahanlarının nəticələri açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722013931_imtahan_1187974.jpg)