Bakıda qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
1741
30 Oct 2023 | 16:10

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumova hökm oxunub.
 
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda elan edilib.
 
Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror da onların 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Belə ki, 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovu qətlə yetirməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
 
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
 
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Link kopyalandı!
Son xəbərlər