Bakıda üç nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilənlərə hökm oxunub
Kriminal
2163
09 Oct 2023 | 21:43

Bakıda üç nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilənlərə hökm oxunub

Bakıda 3 nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişova, Niyazi Hacıxanova və Əlizamin Əliyevə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin qərarı ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri - İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və sonradan bu, davaya çevrilib.

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə ağır xəsarət yetirilib və o, görmə qabiliyyətini itirib.

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Link kopyalandı!
Son xəbərlər