Bizi sosial şəbəkələrdən izləyin:
Salyan rayonunun Xalac kəndində yerləşən beş saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.
APA-nın məlumatına görə, beş saylı cəzaçəkmə müəssisəsində əsgər, 2004-cü il təvəllüdlü Ülvü İlyas oğlu Şamxalov xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan Rayon Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.
Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.