Goranboyda silah-sursat və qumbara aşkarlanıb
1596
07 Jul 2023 | 16:42

Goranboyda silah-sursat və qumbara aşkarlanıb

Goranboyda silah-sursat aşkarlanıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarqucaq və Borsunlu kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
 
Dərhal polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçiriblər. Rayonun Borsunlu kəndi ərazisindən 45 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd daraq, Qarqucaq kəndi ərazisindən isə 1 ədəd “RQK-3” markalı tank əleyhinə əl qumbarası aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakinlərindən 2 ədəd müxtəlif markalı və çaplı, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
 
Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər