Qadınların görüntülərini yayan polkovnikə qarşı 292 min manatlıq mülki iddia qismən təmin edilib
Kriminal
3358
24 May 2023 | 18:20

Qadınların görüntülərini yayan polkovnikə qarşı 292 min manatlıq mülki iddia qismən təmin edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyev barəsində qaldırılan mülki iddia qismən təmin edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, iş üzrə zərərçəkmiş qadınlardan birinin təqsirləndirilən şəxsə qarşı qaldırdığı 292 min manatlıq mülki iddianın yalnız 4 min manatı təmin edilib.

Qeyd edək ki, məhkəmənin hökmü Z.Mirzəyev ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.(report)

Link kopyalandı!
Son xəbərlər