Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlanıb
Kriminal
3417
19 Apr 2023 | 09:35

Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlanıb

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

Hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.

Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Link kopyalandı!
Son xəbərlər